Qarabağda döyüşən erməni basketbolçunun cəsədi 6 aydan sonra tapıldı - FOTO

Qarabağda döyüşən erməni basketbolçunun cəsədi 6 aydan sonra tapıldı - FOTO
İkinci Qarabağ Müharibəsində iştirak etmiş məşhur erməni basketbolçu Aram Mkrtçyanın cəsədi tapılıb.

Sfera.az  xəbər verir ki, bu barədə "Kavkazkiy uzel" saytı məlumat yayıb.

Məlumata görə, aprelin 3-də Azərbaycanın nəzarətində olan ərazilərdə iki nəfərin qalıqları aşkar olunub. Bununla da Qarabağda cəsədləri tapılan erməni hərbçilərin sayı 1.529-a çatıb.

Ermənistan Basketbol Federasiyası "Facebook" səhifəsində açıqlayıb ki, Aram Mkrtçyanın ailəsi və dostları onun qayıdacağını 6 ay gözləyib. Lakin basketbolçunun cəsədinin qalıqları tapılıb.

OXŞAR XƏBƏRLƏR