Qarabağda aparılan minatəmizləmə işləri Meksika mətbuatında - FOTO

Qarabağda aparılan minatəmizləmə işləri Meksika mətbuatında - FOTO
Meksikanın aparıcı mətbu orqanlarından olan "Reforma” və "Excelsior” qəzetlərində səfir Məmməd Talıbovla müsahibələr əsasında işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın apardığı minatəmizləmə və yenidənqurma işləri barədə yazılar dərc olunub.

Bu barədə Sfera.az-a Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən məlumat verilib.

"Müharibədən sonra Azərbaycan məcburi köçkünlərin geri qaytarılmasını hədəfləyir” və "Yenidənqurma planı həyata keçirilir” başlıqlı yazılarda ilk olaraq, 44 günlük müharibənin yekununda Azərbaycanın öz ərazilərinin böyük hissəsini azad etdiyi, ötən ilin noyabrında tərəflər arasında əldə edilmiş atəşkəs razılaşmasına uyğun olaraq Ermənistanın öz silahlı qüvvələrini işğalda saxladığı digər ərazilərdən çıxartdığı, regionda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi, eləcə də müvafiq nəqliyyat dəhlizlərinin təsis edilməsinin nəzərdə tutulduğu məlumat verilir.

M.Talıbovun sözlərinə istinadən, azad edilmiş şəhər və qəsəbələrin tamamilə dağıdılmış vəziyyətdə olduğu, Ermənistan burada olduqca geniş əraziləri xeyli vaxt ərzində minaladığı və bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi bildirilir.

Qeyd olunur ki, hazırkı mərhələdə Azərbaycanın əsas prioritetləri azad edilmiş ərazilərin minalardan təmizlənməsi, burada yaşayış infrastrukturunun yenidən qurulması, ardınca 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərin qayıtmasının təşkil edilməsidir və adıçəkilən istiqamətlərdə Azərbaycan hökuməti tərəfindən artıq geniş miqyaslı işlərə start verilib.

Yazıda, həmçinin təmsilçimizə istinadən, münaqişəyə və Azərbaycan ərazilərinin işğalına son qoyulduğu, tərəflərin bundan sonra regionda davamlı sülhün möhkəmləndirilməsi və barışığın təmin edilməsi üzrə çalışmalı olduğu, bunun üçünsə Ermənistan rəhbərliyinin öz təcavüzkar siyasətinə birdəfəlik son qoymalı və öz xalqını sülhə hazırlamalı olduğu qeyd edilir.

Sonda Meksika ilə ikitərəfli əlaqələr konstekstində bu ölkənin hər zaman beynəlxalq hüquqa və dövlətlərin suverenliyi prinsipinə tərəfdar olduğu söylənilir.
 
 


OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...