“Qarabağ Zəfəri” müsabiqəsinin qalibləri Ərdoğanla görüşdülər

“Qarabağ Zəfəri” müsabiqəsinin qalibləri Ərdoğanla görüşdülər
Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə həyata keçirdiyi "Qarabağ Zəfəri” rəsm müsabiqəsinin azərbaycanlı gənc qalibləri Türkiyəyə səfərə yollanıblar.

Bu barədə Sfera.az-a Gənclər Fondundan bildirilib.

Həmçinin, bu həftə müsabiqənin qalibi seçilmiş türkiyəli gənclər Azərbaycana səfərə gəliblər. Onların Bakıda Şəhidlər və Fəxri Xiyabanı, Hərbi Qənimətlər Parkı, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyinə ziyarətləri təşkil olunub. Növbəti gün Gəncə şəhərinə yola düşən qonaqlar Nizami Gəncəvi məqbərəsi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, İmamzadə dini kompleksinə ziyarət ediblər.

"Qarabağ Zəfəri” müsabiqəsinin qalib türkiyəli və azərbaycanlı gənclər eyni zamanda ölkəmizdə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüblər.

Qeyd edək ki, elan olunmuş rəsm müsabiqəsi şanlı ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Zəfərə həsr olunub, əsas məqsədi Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə təcəssüm etmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirmək idi. Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondu (TÜGVA) bu il də hər iki ölkənin gəncləri üçün ortaq layihələrin həyata keçiriləcəyini bildiriblər.

OXŞAR XƏBƏRLƏR

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...

"Qızıl Top" sahibi Kloppu əvəz edə bilər 

Yurgen Kloppun "Liverpul"un baş məşqçisi postundan getməsi ilə klubda almaniyalının yerinə kimin keçəcəyi sualı aktuallaşıb.   Sfera.az bil...

Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti LƏĞV EDİLDİ

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib. &nb...

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ap...