"Qarabağ" - "Omoniya" matçında 4 qol vuruldu

UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda Bakıda üz-üzə gələcək "Qarabağ" və Kipr "Omoniya"sının start heyətləri açıqlanıb.

Sfera.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

"Omoniya": 23. Fransis Uzoho, 2. Paris Psaltis, 5. Kiko, 11. Erik Boteak, 18. Mixal Dyuriş, 20. Takis Zaxariu, 22. Adam Lanq, 30. Nikolas Panayotu, 76. Haralambos Haralambus, 80. Andronikos Kakulli, 83. Andreas Asimenos

Baş məşqçi: Henninq Berq

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.

***

"Qarabağ" və "Omoniya" matçı start götürüb.

***

"Omoniya"nın oyunçusu Mixal Dyuriş 43-cü dəqiqədə 11 metrlik cərimə zərbəsi ilə hesabı açıb: 0-1.

***

49-cu dəqiqədə matçda hesab bərabərləşib. Paris Psaltis avtoqol müəllifi olub: 1-1

***

"Omoniya"nın futbolçusu Kiko matçın 66-cı dəqiqəsində Kadiyə qarşı kobud oyuna görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

***

Patrik Andrade matçın 88-ci dəqiqəsində "Qarabağ"ın ikinci qoluna imza atdı: 2-1.

***

Qomez görüşün 90-cı dəqiqəsində komandasının bərabərlik qolunu vurdu: 2-2.

***

Görüş 2-2 hesablı bərabərliklə yekunlaşdı.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR