No Image
No Image

Qarabağ topraqları hesabına ərzaq təhlükəsizliyimiz daha da güclənəcək - VİDEO

Qarabağ topraqları hesabına ərzaq təhlükəsizliyimiz daha da güclənəcək - VİDEO
Ötən il kənd təsərrüfatı sektoru pandemiyadan ən az zərər görən sahələrdən olsa da, burada da proqnozlar özünü doğrultmadı. Bununla belə ölkə üzrə 2 fazilik artım qeydə alındı. Növbəti il isə bu rəqəmin daha artıq olacağı proqnozlaşdırılır. Çünki, artıq işğaldan azad edilən torpaqlarda da heyvandarlıq və əkinçiliyin inkişaf etdirilməsi üçün işlər aparılacaq.

Ölkəmizdə kənd təsərrüfatı sahəsində müsbət inkişaf dinamikası ötən il də davam edib və bu sahə üzrə ümumilikdə 2 faiz artım olub.

Aqrar Tədqiqatlar Mərkəzinin Direktoru Firdovsi Fikrətzadə xəzər xəbərə bildirib ki, Pandemiyanın təsiri kənd təsərrüfatı sahəsində də hiss olunub. Bununla belə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulub. Fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatını ödəmək məqsədilə 3 min fermerə 7 min 260 kənd təsərrüfatı texnikasının, həmçinin 8 min 758 baş damazlıq heyvanın satışı maliyyələşdirilib. Keçən il 3 min 400-dən çox fermerə mikrokreditlər verilib.

2020-ci ildə 1 milyon hektardan artıq sahədə taxıl əkini həyata keçirilib və işğaldan azad edilən ərazilər hesabına növbəti illərdə əkin balansının təqribən 10 faiz artırılması nəzərdə tutulub. Firdovsi Fikrətzadə deyir ki, bu torpaqlarda həm heyvandarlığın, həm də əkinçiliyin müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün münbit şərait var.

Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter alacaq ki, bu da ərzaq təhlükəsizliyi, həm də ixrac potensialı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Firdovsi Fikrətzadə deyir ki, ərazilər minalardan təmizləndikcə əkin yerləri müəyyənləşdiriləcək. Eyni zamanda regionda məskunlaşma başladıqdan sonra insanların torpaqla təminatının həyata keçirilməsi üçün torpaq islahatı da aparılacaq. (Xxezerxeber.az)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

İcra başçısının müavini vəzifəsindən azad edildi

Yevlax şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov vəzifəsindən azad edilib. Sfera.az xəbər verir ki, vəzifədən azad edilən məmurun ...

Məhkumlar vaksin olunacaq yüksək riskli əhali qruplarına daxil edildi

COVID-19 xəstəliyinə qarşı vaksinasiya olunacaq əhali qrupları açıqlanıb. Sfera.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən ...

TRT-nin filmi: Moskva bilir ki, Bakı sonadək gedəcək – VİDEO

TRT Vorld II Qarabağ Müharibəsi haqqında sənədli film (ingiliscə) hazırlayıb. Sfera.az xəbər verir ki, sənədli filmdə rəsmilər, II Qarabağ müharibəsinin ş...

Azərbaycanda vaksinasiya 2 il ərzində icra olunacaq

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya məntəqələri dövlət ambulator-poliklinik müəssisələrin nəzdində yaradılacaq. Sfera.az-nın məlumatına görə, bu, Nazi...

Vüqar Səfərlidən 26 MİLYON MANAT tələb olunur! – O, həbsindən az əvvəl “mənlik nə var ki” deyirmiş...

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) təsis olunduğu gündən mediada yeni ziddiyətlərin əsası qoyuldu. Medi...

Hirkan Milli Parkında yanğın lokallaşdırıldı

Hirkan Milli Parkının Astara rayonu ərazisində - yüksək dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb.  Sfera.az xəbər verir ki, bu barədə Ekolo...