\"Qarabağ\" son matçında heç-heçə etdi

\
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ” komandası bu gün son yoxlama oyununu keçirib.

Sfera.az-ın məlumatına görə, rəqib Almaniya "Auqsburq"u olub. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bütün qollar ilk yarıda vurulub. "Qarabağ" Patrik Andrade və Xayme Romeronin qolları ilə önə çıxsa da, hesabı qoruya bilməyib.

Qeyd edək ki, "Qarabağ" əvvəlki yoxlama oyunlarında Bolqarıstanın MOİK (Sofiya) komandasını 1:0 hesabı ilə udub, Rusiyanın "Arsenal" (Tula) klubuna isə eyni hesabla uduzub.


OXŞAR XƏBƏRLƏR