\"Qarabağ\" - \"Sivasspor\" matçının azarkeşsiz keçiriləcəyi dəqiqləşdi

\
"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Sivasspor"la keçirəcəyi ev oyununa azarkeş buraxılmayacağı dəqiqləşib.

Sfera.az  xəbər verir ki, buna ölkədə koronavirus pandemiyasına görə fanatlarla bağlı qadağa qərarının qüvvədə saxlanılması səbəb olub.

Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində keçirilən Nazirlər Kabinetinin son iclasındakı çıxışı zamanı bildirib ki, idman yarışları azarkeşsiz keçirilməyə davam edəcək. O həmçinin mini-meydanların fəaliyyətinin də müvəqqəti dayandırılacağını açıqlayıb.

Bir müddət öncə Türkiyə Futbol Federasiyası oyunlarda məhdud sayda azarkeşin iştirakına icazə verilə biləcəyini açıqlamışdı.

Qeyd edək ki, noyabrın 26-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

OXŞAR XƏBƏRLƏR

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...