Qarabağ qazisi: “Azərbaycan Ordusu hər gün daha da güclənir”

Qarabağ qazisi: “Azərbaycan Ordusu hər gün daha da güclənir”
 

"Mən bir Qarabağ qazisi kimi ordumuzun hər gün müxtəlif formada gücləndiyinin şahidi oluram".

Bunu "MediaPost"a açıqlamasında "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri, Qarabağ qazisi Şamil Sabiroğlu deyib.

O bildirib ki, bu gün Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etməsi üçün bütün imkanları var: "28 ildir ki, əzəli torpaqlarımız işğal olunub. Dövlət bir milyondan artıq qaçqın və məcburi köçkünü yerləşdirməklə, onların həyat şəraitini yaxşılaşdırmaqla məşğuldur. Maraqlıdır ki, beynəlxalq  təşkilatlar bizim lehiminə qərar çıxarsa da, yenə də nəticə dəyişməyib: ermənilər torpaqlarımızdan çıxmaq istəmirlər. Ona görə də bu məsələ danışıqlar yolu ilə həll olunmayacaq. Mən Ali Baş Komandandan orduya əmr verməyi xahiş edirəm. O əmr kifayətdir ki, biz ərazi bütövlüyümüzü bərpa edək”.

Ş. Sabiroğlunun fikrincə, Ermənistan kimi dövlətlə sülh danışıqlarının heç bir nəticəsi olmayacaq: "Çünki onlar yüz illərdir Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edirlər. İndi də torpaqlarımızın 20 faizini işğal ediblər. Mən Qarabağ döyüşlərini görmüşəm, bilirəm ki, onlar heç vaxt istəməz ki, işğal etdikləri Azərbaycan torpaqlarını sülh yolu ilə qaytarsınlar. Digər varianta əl atmağa ordumuzun gücü, imkanı var. Biz o günü gözləyirik”.  


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...