\"Qarabağ\" - \"Omoniya\" oyununa neçə bilet satılıb?
15:12 / 23.11.2021
1033
Konfrans Liqasının qrup mərhələsinin V turunda keçiriləcək "Qarabağ" - "Omoniya" (Kipr) oyununa bilet satışı davam edir.
Sfera.az xəbər verir ki, artıq biletlərin yarıdan çoxu satılıb. Məlumata görə, 9 minə yaxın bilet satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər - təxminən 15 min azarkeş tribunalara buraxılacaq.
Noyabrın 25-i keçiriləcək "Qarabağ" - "Omoniya" matçı saat 21:45-də başlayacaq.