“Qarabağ” liderliyi ələ keçirdi

“Qarabağ” liderliyi ələ keçirdi
Fevralın 25-də keçirilən iki oyunla futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna yekun vurulub.
 
Sfera.az xəbər verir ki, "Sabah” klubu öz meydanında "Keşlə” ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ikinci hissədə vurulub. Qonaqların heyətində Şəhriyar Əliyev (79), meydan sahiblərinin heyətində isə Fofana Tiemoko (90+1) fərqləniblər. Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Keşlə” 7-ci, "Sabah” isə sonuncu - 8-ci sırada qərarlaşıb.

Tura "Qarabağ” – "Səbail” oyunu ilə yekun vurulub. Oyunun taleyini ağdamlıların heyətində Xayme Romeronun 79-cu dəqiqədə vurduğu qol həll edib. Çempionatın lideri "Neftçi”nin "Zirə”yə minimal hesabla uduzmasından sonra "Qarabağ” bu qələbə sayəsində liderliyə yüksəlib. Hazırda həm "Qarabağ”ın, həm də "Neftçi”nin 33 xalı var.

Xatırladaq ki, turun digər oyununda "Qəbələ” evdə "Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.

"Zirə” flaqman üzərində qələbə sayəsində üçüncü sıradakı mövqeyini möhkəmləndirib. "Sumqayıt” 23 xalla dördüncü, "Qəbələ” 21 xalla beşincidir. Altıncı sırada qərarlaşan "Səbail” komandasının 16 xalı var.

OXŞAR XƏBƏRLƏR

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...