\"Qarabağ\" hücumçusu ilə yollarını ayırdı - RƏSMİ

\
 "Qarabağ" Azərbaycan Premyer Liqasındakı fasilə müddətində bir futbolçu ilə yollarını ayırıb.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Maqaye Qeye ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Seneqal əsilli fransalı forvard "Qarabağ"a 2019-cu ilin yayında keçib. Həmin vaxt onunla 2 illik müqavilə bağlanılıb. 30 yaşlı futbolçu cari mövsüm 28 oyuna 8 qol vurub.

OXŞAR XƏBƏRLƏR