“Qarabağ ermənilərinin özlərinə qalsa...” – Son təxribatların arxasında Rusiya dayanıb?

“Qarabağ ermənilərinin özlərinə qalsa...” – Son təxribatların arxasında Rusiya dayanıb?
"Dağlıq Qarabağın müəyyən hissəsində Rusiya sülhməramlılarının yerləşməsindən sonra Moskvanın burada öz əhatə dairəsini genişləndirmək məqsədilə bəzi provokasiyalar həyata keçirdiyinin şahidiyik”.

Bunu Sfer.az-a açıqlamasında son günlər Qarabağda yaşayan bir qrup erməninin və Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyanın Kəlbəcər avtomobil yolunun dəhliz olaraq  ermənilərin istifadəsinə verilməsi çağırışlarının arxasında hansı qüvvələrin dayandığına aydınlıq gətirərkən politoloq Məhəmməd Əsədullazadə deyib:

"Ötən gün Ağdərənin Drambul kəndində bir qrup erməninin Ağdərə-Kəlbəcər yolunu bağlayaraq Azərbaycanın avtomobil kolonunun qarşısını almasının arxasında da təbii ki, müəyyən qüvvələr dayanır. Ortaya atdıqları iddia da absurddur.  Xüsusən də Ağdərənin Drambul kəndində yaşayan ermənilərin Kəlbəcər rayonu ərazisindən keçməklə Ermənistanın Vardenis rayonuna getmək istəkləri sual doğurur. Ağdərə, Xankəndi Azərbaycan ərazisidir.  Bu mənada Azərbaycan istədiyi yolla hərəkət etmək hüququna malikdir”.
 
Politoloq hesab edir ki, Qarabağdakı ermənilərin özlərinə qalsa, təkbaşına bu cəsarətdə bulunmağa cürət etməzlər:

"Moskva görüşündə gördük ki, Rusiya bölgədə sülhməramlıların sayını artırmaq niyyəti güdür. Dağlıq Qarabağın müəyyən hissəsində humanitar missiya adı ilə müxtəlif təhlükəsizlik qüvvələrinin yerləşdirilməsini həyata keçirir. Bu əsasda da erməniləri müxtəlif provokasiyalara qızışdırırlar. Ermənilərin son zamanlar başladığı bu kimi təxribatlarının arxasında Rusiyanın dayandığı hiss olunur. Baş verənlər isə Rusiyanın hazırda prosesə tam nəzarət etmədiyini təsdiqləyir”.
 
Politoloq düşünür ki, Rusiya burada hərbi kontingentini artırmaqla Azərbaycana daha güclü təzyiq etməyə çalışır:
 
"Təxribatlarda əsas plan bundan ibarətdir və 1988-ci ildə həyata keçirilən ssenarinin təkrarıdır. Qarşıdakı dövrdə də bu tip təxribatlar davam edə bilər.  Ona son vermək üçün rəsmi Bakı Moskva ilə ciddi danışmalıdır. Rusiya düşünməsin ki, bununla nəyəsə nail olacaq. Azərbaycan əvvəlki ölkə deyil, xeyli güclənib.  Rusiyanın qarşısında Türkiyə-Azərbaycan tandemi var”.
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Deputatdan MÜHÜM TƏKLİF: "Onlar da nəzərə alınmalıdır"

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...