“Qarabağ ermənilərə məxsus ola bilməz” - Paşinyan

“Qarabağ ermənilərə məxsus ola bilməz” - Paşinyan
Cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayımda mətbuat konfransı keçirib və bir sıra ciddi bəyanatlar verib.

Sfera.az-ın xəbərinə görə, Ermənistan hökumətinin başçısı xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, lakin o vaxtdan bəri regionun statusu məsələsi ilə ATƏT-in Minsk qrupu məşğul olub.

2016-cı ildə isə status məsələsi yenidən BMT Təhlükəsizlik Şurasına qaytarılıb və bu, Paşinyanın fikrincə, Ermənistan üçün "fəlakət” idi, çünki bu mötəbər beynəlxalq qurum çərçivəsində Qarabağın statusu ilə hesablaşmaq mümkün deyil.

O vurğulayıb ki, Qarabağ nizamlanmasına ATƏT-in Minsk qrupu formatında baxması rəsmi İrəvan üçün faydalıdır.

"Qarabağda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələ mübahisəli olmayıb və olmayacaq. Mən bu barədə dəfələrlə ictimaiyyət qarşısında çıxış etmişəm. Ən azı bu hissədə əvvəllər danışıqlarda iştirak etmiş dairələrin nümayəndələri təsdiqlədilər ki, Dağlıq Qarabağ Muxtar Vilayəti danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərə alınmayıb”, - Ermənistanın baş naziri qeyd edib.

"Dağlıq Qarabağ Muxtar Vilayəti heç vaxt sırf erməni birliyi hesab edilməyib. Bu, ən azı əhali baxımından erməni-Azərbaycan birliyi kimi qəbul edilib, müşahidə edilib, qeydə alınıb”, - Paşinyan xatırladıb.

Ermənistanın baş naziri həmçinin bəyan edib ki, o, əvvəlki hakimiyyətin "Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız erməni olmalıdır” ifadəsi ilə heç vaxt razılaşmayıb.

"Mən bu ifadə ilə razı deyiləm, çünki Qarabağ tamamilə erməni ola bilməzdi. Əhalinin demoqrafik tərkibini nəzərə alsaq, heç bir halda. Danışıqların məzmunundan aydın görünürdü ki, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni və azərbaycanlı əhali yaşayır. Aydındır ki, Qarabağdakı hakimiyyət də tam erməni ola bilməz”, - deyə o, məxfi məlumatları açıqlamalı olduğuna işarə edib.
 
(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...