“Qarabağ” – “Bazel” oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” – “Bazel” oyununun biletləri satışa çıxarıldı
UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin I turunda keçiriləcək "Qarabağ” – "Bazel” (İsveçrə) oyununun biletləri satışa çıxarılıb.

Sfera.az  Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3 manat, 5 manat, 10 manat və 40 manat təşkil edir.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

2-ci və 3-cü kateqoriya biletləri (3-5 azn) Tofiq Bəhramov adına Respublika stadionun kassalarından saat 11:00-dan 19:00-dək əldə etmək mümkündür. FAW Azərbaycan-da isə (həftəiçi saat 10:00-dan 17:00-dək; həftəsonları saat 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışdadır.

Bundan əlavə, Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış) və Park Bulvardakı "Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (10:00-22:00).

Qeyd edək ki, sentyabrın 16-da gerçəkləşəcək "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Nazir atıcılıq federasiyasının fəaliyyəti ilə maraqlandı - VİDEO

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlikdən məluma...

Pakistanlı güləşçidən Azərbaycan təmsilçisinə ağır İTTİHAM

Pakistanın çimərlik güləşçisi Məhəmməd İnam Rumıniyanın Konstanta şəhərində keçirilmiş Dünya Seriyasının final mərhələsində Azərbaycan təmsilçisi İbrahim Yusubo...

Azərbaycan yığması Ermənistanla qarşılaşacaq

İspaniyanın Sitjes şəhərində qadınlar arasında keçirilən şahmat üzrə dünya çempionatı start götürəcək. Sfera.az  xəbər verir ki, Azərbaycan yığması b...

Qurban Qurbanov "Qarabağ"la yubiley heç-heçəsi etdi

"Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 150-ci dəfə heç-heçə edib. Sfera.az  Peşəkar Furbol Liqasının rəsmi saytına istinadən xəb...

"Omoniya" ilə oyunöncəsi "Qarabağ"da İTKİ

UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda Kiprdə "Omoniya"nın qonağı olacaq "Qarabağ"ın səfər proqramı açıqlanıb. Bu barədə  Ağdam təmsilç...

Daha bir cüdoçumuz Xorvatiyadan “qızıl”la qayıdır

Xorvatiyanın paytxatı Zaqrebdə cüdo üzrə Qran Pri yarışları davam edir. Sfera.az xəbər verir ki, Azərbaycanın daha bir cüdoçusu yarışda qızıl medal qazanı...