Qarabağda QƏFİL SAVAŞ, sağ qalmaq üçün ZONALAR... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağda QƏFİL SAVAŞ, sağ qalmaq üçün ZONALAR... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ-ın "Foreign Policy Research İnstitute” analitik mərkəzinin Cənubi Qafqazla bağlı məqaləsində Qarabağda yeni müharibənin mümkünlüyündən danışılıb. Gündəmin əsas mövzularından biri ABŞ prezidenti Donald Trampın miqrasiya siyasəti haqqında fərmanıdır. Suriya prezidenti Bəşər Əsədin həyatı ilə bağlı xəbərlər bir-birini əvəz edir. Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib.

ABŞ Qarabağda müharibənin başlama VAXTINI GÖSTƏRDİ: Putinlə qarşıdurma və QƏFİL SAVAŞ

"Dağlıq Qarabağ münaqişəsinin bir çox ağrılı səbəbi var. Cənubi Qafqaz sakinləri ötən il hesab edirdilər ki, 2017-ci ildə bu münaqişə ətrafında gərginlik olmayacaq, bölgədə ümumilikdə hər şey yaxşı formada cərəyan edəcək. Lakin pozitiv danışmaq bir qədər çətindir”.

Bu barədə ABŞ-ın "Foreign Policy Research İnstitute” analitik mərkəzinin Cənubi Qafqazla bağlı məqaləsində deyilir. Məqalədə bildirilir ki, alovlanmaq ehtimalı olan əsas münaqişə Dağlıq Qarabağdır.

ABŞ Qarabağda müharibənin başlama VAXTINI GÖSTƏRDİ: Putinlə qarşıdurma və QƏFİL SAVAŞ

2017-ci ildə bu mübarizə daha da qızışa bilər.

Yanvarın 28-də ABŞ-ın yeni prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbəti aparması iki ölkənin münasibətləri baxımından yaxşı hadisə olsa da, həyəcanlı xəbərlər də gəlməkdədir.

"Bloomberg” agentliyinin yazdığına görə, ABŞ Silahlı qüvvələrinin strateji komandanlığı və kəşfiyyat qurumları Rusiya və Çinin dövlət strukturlarının nüvə zərbəsinə dözmək qabiliyyətini tədqiq edirlər.

Nəşr qeyd edir ki, tədqiqat hər iki əsas partiyanın təşəbbüsü ilə Konqres tərəfindən sifariş edilib. Tədqiqata ABŞ-ın Milli kəşfiyyat direktorunun dəftərxanası və Strateji Komandanlıq Qərargahı (US Strategic Command) nəzarət edir. İcraçılar nüvə zərbəsindən sonra Rusiya və Çin rəhbərliyinin sağ qalmaq qabiliyyətini qiymətləndirərək məruzə hazılamalıdır.

"Soyuq müharibə”dən bu yana ilk dəfə Rusiya sərhədlərində hərbi güc yerləşdirən ABŞ Polşa ilə birgə hərbi təlimə başlayıb.

Təlimin başlanması ilə əlaqədar Polşanın Zagan hərbi bazasında təşkil edilən mərasimdə Polşa prezidenti Anjey Duda, müdafiə naziri Antoni Maçareviç və ABŞ-ın Polşadakı səfiri qatılıb.

80-dən çox tank və zirehli texnika ilə təxminən 4 min ABŞ hərbiçisi yanvar ayının ortasından bu yana Rusiya sərhədində yerləşdirilir. Zagan bazasında isə təxminən 1000 ABŞ hərbiçisi var. NATO-nun digər üzvləri - İngiltərə, Kanada və Almaniyanın da hər biri Rusiya sərhədinə 1000 hərbiçi göndərəcək. Hərbi birliklər gələn ay Polşa, BolqarıstanRumıniya və Baltikyanı regionu ölkələrində yerləşdiriləcək.

Rusiya isə eyni vaxtda Finlandiya sərhədinə yaxın ərazidə, Murmanskda hərbi təlimə başlayıb.

ABŞ prezidenti Donald Trampın özü isə respublikaçı senatorlar Con Makkeyn və Linds Qremi üçüncü dünya müharibəsinə başlamaq üsullarını axtarmaqda ittiham edib.

"Con Makkeyn və Linds Qremin birgə bəyanatı səhvdir. Onlar təəssüf ki, immiqrasiya haqqında məsələdə çox zəifdirlər. Senatorlar İŞİD-ə və qeyri-leqal immiqrasiya qarşı mübarizəyə, sərhədlərin təhlükəsizliyin təmin olunmasına diqqət ayırmalı, üçüncü dünya müharibəsinə başlamaq üsullarını axtarmamalıdır”, - deyə Tramp qeyd edib.

Daha əvvəl Makkeyn və Qrem prezidentin miqrasiya haqqında fərmanını tənqid edib.

"Onlar III Dünya müharibəsini...” – Trampdan XƏBƏRDARLIQ

Onlar təəssüf ki, immiqrasiya haqqında məsələdə çox zəifdirlər.

Avropa İttifaqı ABŞ prezidentinin miqrasiya məhdudiyyəti siyasətinin bir çox ölkələrə nümunə olacağından ehtiyat edir. Bu barədə informasiyanı "RİA-Novosti” agentliyinə Brüsseldəki etibarlı mənbə bildirib. Mənbə Avropa ölkələrinin belə addım atacağından narahatlığını ifadə edib.

İraq parlamenti ABŞ prezidentininin miqrasiya haqqında fərmanına cavab vermək qərarına gəlib. Xarici əlaqələr komitəsinin tövsiyələr şəklində olan hazırlanan qanun layihəsi parlament tərəfindən təsdiqlənib. Sənəddə ABŞ-a eyni şəkildə cavab verilməsi və Trampın verdiyi fərmanın təkrar nəzərdən keçirilməsi üçün ABŞ Konqresi ilə müzakirələrin aparılması tövsiyə edilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp G20-nin ("Böyük iyirmilik”) iyul ayına planlaşdırılan sammitinə kimi görüşə bilər. G20 sammiti 2017-ci il 7-8 iyul tarixlərində Almaniyanın Hamburq şəhərində keçiriləcək.

Suriya prezidenti Bəşər Əsədin həyatı ilə bağlı xəbərlər bir-birini əvəz edir. Fransanın "Le Point” nəşri Əsədin öz cangüdəni tərəfindən güllələndiyi iddiasını irəli sürüb. Səudiyyə Ərəbistanının "Okaz” qəzeti isə Əsədin beyin iflici diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini və rus və suriyalı olan həkim komandasının nəzarəti altında müalicə edildiyini yazıb.

Liviyalı jurnalist Əl-Mustaqbal Əsədin Dəməşq xəstəxanada yatdığı iddiasını irəli sürüb. Rəsmi Şam isə Bəşər Əsədin müalicə olunduğu haqda iddiaları təkzib edib.

Əl-Cəzirə” kanalının aparıcısı Feysal əl-Qasıma istinadən "The Dailysabah” nəşri bildirib isə bildirib ki, Suriya prezidenti Bəşər Əsəd təcili sürətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Suriya prezidentinin vəziyyəti kritikdir. Jurnalist özünün "Tvitter” hesabında bildirib ki, Əsəd "çarpayıya qandallanıb”, amma komada deyil. Onun sözlərinə görə, Əsəd bunu Suriya xalqının qətlini dayandırmaq üçün "ilahi müraciət” kimi bunu qəbul etməlidir.

İraqın Mosul və Telafer şəhərlərində olan 7 min İŞİD döyüşçüsü Rakka və Deyr-ez-Zor şəhərlərinə keçib. Ailələri ilə Suriyaya gələn terrorçuların arasında İŞİD lideri Əbubəkr Bağdadiyə bağlı "Xəlifə Ordusu”nun 1500 nəfərlik qrupu da var.

Terror təşkilatının loyal müxalifətin əlində olan İdlib vilayətinə hücuma hazırlaşdığı bildirilir.

Suriya ordusuna aid çoxlu sayda silah və sursati ələ keçirən İŞİD eyni zamanda rejimin Xama vilayəti ilə əlaqəsini də kəsib. Suriya müxalifəti İdlibdəki qarışıqlıqdan faydalanmaq istəyən terror təşkilatının bölgəyə yeni döyüşçülər və silah-sursat topladığını bildirir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Suriyada təhlükəsiz zonaların yaradılacağı barədə bəyanatına cavab verib. Rusiyalı nazirin sözlərinə görə, Suriyada təhlükəsiz zonaların yaradılması üçün Suriya hökuməti ilə razılaşmaq lazımdır.

Suriya bölünəcəkmi? – Moskva Vaşinqtona CAVAB VERDİ

"Suriyada qaçqınların özlərini təhlükəsiz hiss edə biləcəyi zonaların yaradılması üçün Suriya hökuməti ilə razılaşmaq lazımdır”.

Rusiya və Litva bir-birinə qarşı ərazi iddiaları ilə çıxış edib.

İlk olaraq Litva Seyminin deputatı Linas Balsis bildirib ki, Avropa Krımın zəbt edilməsinə görə Kalininqrad vilayətinin Rusiyadan zorla qopardılması ilə məşğul olmalıdır.

Litvalı deputatın çağırışına Rusiya Federasiya Şurasının beynəlxalq komitənin sədrinin 1-ci müavini Vladimir Cabarov cavab verib. "Litva Vilenski (Vilnüs) diyarını Rusiyaya qaytarmağa məcburdur", - deyə o bildirib.

Onun sözlərinə görə, Vilnüs rayonu heç vaxt Litvaya aid olmayıb. Senator qeyd edir ki, bu ərazi 1917-ci ilə qədər Rusiya imperiyasının, 1920-ci ildən 1939-cu ilə qədər Polşanın tərkibinə daxil olub, II Dünya müharibəsindən sonra isə Litva SSRİ-nin tərkibinə daxil edilib. Cabarov əlavə edib ki, litvalı deputatın bəyanatı diqqəti özünə yönəltmək arzusudur.

Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib. Ukrayna anti-terror əməliyyatları qərargahı ötən gün ərzində 5 Ukrayna hərbçisinin həlak olduğunu, 9-nun yaralandığını açıqlayıb. Ən gərgin vəziyyət Avdeyevka şəhəri yaxınlığında qeydə alınıb. Ukrayna hərbçiləri ilə separatçılar arasındakı döyüşdə 4 Ukrayna hərbçisi həlak olub, 5 nəfər yaralanıb.

Qeyd edək ki, Donbasda genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanacağına dair iddialar son günlər artıb. Ötən həftə Ukraynanın xarici işlər naziri Pavel Klimkin "5-ci kanal”ın efirində deyib ki, Rusiya öz qoşunlarını Ukrayna ilə sərhəddə yerləşdirməklə açıq şəkildə genişmiqyaslı müdaxiləyə hazırlaşdığını göstərir.

Daha əvvəl isə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik Kiyevdə brifinqdə bildirib ki, Rusiya Ukrayna ilə sərhəddə 10,5 mindən çox hərbi qulluqçunun daxil ediləcəyi motoatıcı diviziya formalaşdırır. Onun sözlərinə görə, diviziyadan Ukraynanın şərqində döyüş əməliyyatlarında istifadə olunacaq.

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Vaşinqton-Pekin münasibətləri də arzuolunan səviyyədə deyil.

Çinin Müdafiə və Səfərbərlik Komissiyasından olan yüksək çinli zabitin sözlərinə görə, Çinlə ABŞ-ın müharibə aparacağı artıq sadəcə ehtimal yox, qaçılmazdır. Zabitin sözləri "Çin Xalq Qurtuluş Ordusu” saytında yayımlanıb. Zabit bildirib ki, Cənubi və Şərqi Çin Dənizində əlavə hərbi qüvvənin yerləşdirilməsi, eləcə də Koreya yarımadasını qorumaq üçün raketdən müdafiə sistemlərinin yerləşdirilməsi üçün əmr verilib.

Müharibə ƏMRİ VERİLDİ: 2 milyon əsgər hücuma hazırlaşır

Müharibə ƏMRİ VERİLDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə mart ayının əvvəllərində görüşəcək. Bu haqda Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. O, Ərdoğan və Putinin iştirakı ilə keçiriləcək Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının mart ayının əvvəllərində planlaşdırıldığını bildirib.(metbuat.az)


OXŞAR XƏBƏRLƏR