Qarabağda 3-dən çox PKK-çı öldürüldü

Qarabağda 3-dən çox PKK-çı öldürüldü
Dağlıq Qarabağda Azərbaycan hərbçilərinə qarşı döyüşən PKK terrorçuları ağır itki veriblər
 
Sfera.az bildirir ki, bu barədə azvision.az-a "Yeni Şafaq" qəzetinin jurnalisti Yılmaz Bilgin məlumat verib.

400 terrorçunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilməsi ilə bağlı xəbərin müəllifi olan Yılmaz Bilgin Qarabağda 3-dən çox PKK üzvünün öldürüldüyünü deyib.

"Təhlükəsizlik xidmətlərindən aldığım son məlumata görə, PKK terrorçuları cəbhə xəttində gedən atışmalarda itki verib. Qarabağda Azərbaycana qarşı döyüşən PKK-nın 3-dən çox üzvü öldürülüb. Ölü sayının 3-dən çox olduğu istisna deyil. Ermənilər PKK terrorçularını cəbhənin ön xəttinə göndərir",- deyə Yılmaz Bilgin qeyd edib.

Qeyd edək ki, Türkiyə KİV-lərin yaydığı xəbərdə terrorçuların İraq və Suriya düşərgələrindən Ağrı dağı vasitəsilə Ermənistana keçdiyi qeyd edilir. Məlumatlara görə, PKK-nın Ermənistana hərbiçi göndərmə planı Kürdüstan Cəmiyyətlər Birliyinin (KCK) həmsədri Bese Hozat tərəfindən həyata keçirilir. Onun İrəvanla gizli danışıqlar apardığı bildirilir. 

Bundan başqa PKK-nın Suriya qanadı olan PYD-nin tərkibində 150 erməni əsilli terrorçu da Qarabağa göndərilib.

OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...