\"Qarabağ\" reytinq cədvəlindəki xalımızı artırdı

\
 

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

"Qarabağ”ın "Partizani" üzərindəki 2:0 hesablı qalibiyyəti ölkəmizə 0,250 xal qazandırıb. Bununla da Azərbaycan son 5 mövsümdəki xallarını 16,000-ə çatdırıb.

 

Lakin reytinq cədvəlindəki yerimiz dəyişilməz olaraq qalıb. Ölkəmiz əvvəlki kimi 26-cı pillədə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR