Qarabağ qaziləri Çingiz Qənizadəni belə qarşıladılar - FOTOLAR

Qarabağ qaziləri Çingiz Qənizadəni belə qarşıladılar - FOTOLAR
 

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə dünən Beyləqan rayonunun Qəhrəmanlı, İmamverdili və Qaralar kəndində seçiciləri ilə bir araya gəlib.

 

Sfera.az  xəbər verir ki, deputatlığa namizəd Çingiz Qənizadə seçicilərə özünün parlamentdəki və beynəlxalq təşkilatlardakı fəaliyyəti barədə məlumat verib.

 

Regionların sosial-iqtisadi inkişafından söz açıb. Dövlət başçısı möhtərəm İlham Əliyev  və Birinci vitse prezident Mehriban Əliyevanın apardığı islahatlardan danışıb və digər işləri qeyd edib.

 

Çingiz Qənizadə Qəhrəmanlı kəndində böyük nüfuz sahibi olan kənd müəlliməsinin yas mərasimində də iştirak edib. Ayrı-ayrı ziyalılar, gənclər, müəllimlərlə görüşüb və onlarla söhbət edib. Fərdi qaydada seçicilərini qəbul edib.

 

Daha sonra İmamverdili və Qaralar kəndində seçiciləri ilə görüşlərini davam etdirib. 
 

Qarabağ qaziləri  Çingiz Qənizadəni 10-dan çox maşının üzərində 3 rəngli bayrağımızla  qarşılayıblar. Bu zaman onlar Çingiz Qənizadəni həm İmamverdili, həm də Qaralar kəndinə gedərkən müşaiyət ediblər. 

 

Qarabağ qaziləri çıxışlarında bildiriblər ki, Çingiz Qənizadə həmişə onlara xüsusi diqqətlə yanaşıb. Onların hər hansı şikayət və problemi olduqda dərhal bu məsələlərə reaksiya verib. İmkanı daxilində həll edilməsi mümkün olan məsələləri həll edib.

 

Qarabağ qaziləri çıxışlarında "qəlbən bizimlə birgə olan Çingiz Qənizadəyə səs verəcəyik”,-deyə  bildiriblər.

Kəndlərdəki  görüşlər zamanı müəllimlər, gənclər,ziyalılar, qazilər çıxış edərək birmənalı olaraq Çingiz Qənizadədən razı olduqlarını dilə gətiriblər və növbəti seçkilərdə də ona səs verəcəklərini xüsusi qeyd ediblər.



OXŞAR XƏBƏRLƏR

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...