\"Qarabağ\" \"Fənərbaxça\"nın ulduzunu transfer etdi

\
 
Bir müddətdir adı "Qarabağ”la çəkilən Alpər Potukun Ağdam təmsilçisi ilə anlaşdığı iddia edilib.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu "Milliyet” nəşri məlumat yayıb. Məlimata görə, Ağdam klubu bir müddətdi oyunçu ilə danışıqlar aparır və artıq tərəflər bir neçə məsələdə anlaşıblar. Oyunçunun mövsümün sonuna qədər icarə əsasında "Qarabağ”da çıxış edəcəyi bildirilir.

Türkiyə millisinin sabiq üzvünü Süper Liqa təmsilçisi "Rizəspor” istəsə də, Potuk karyerasını "Qarabağ”da davam etdirmək istəyib. "Fənərbaxça”da illik 1,2 milyon avro qazanan Alpərə mövsümün yarısının maaşı ödəniləcək. Ancaq "Köhlən atlar”ın qalan 6 ay üçün 600 min avro ödəmək gücü olmadığı üçün bəlli bir miqdar "Fənərbaxça” tərəfindən qarşılanacaq.

Xəbərdə qeyd edilib ki, "Qarabağ” eyni zamanda  oyunçunun satın alma hüququna da yiyələnəcək. Əgər təcrübəli futbolçunun 6 aylıq performansı klub rəhbərliyi qane etsə, o zaman futbolçu bəlli bir miqdar qarşılığında transfer ediləcək.

Qeyd edək ki, Alpər Potuk karyerasına "Əskişəhərspor"da başlayıb. O, 2013-cü ilin yayında 7,25 milyon avroya "Fənərbaxça"ya transfer olunub. 2014-cü ildə Super Liqanın və Türkiyə Super Kubokunun qalibi olan futbolçu cari mövsümdə 8 rəsmi oyuna çıxaraq 372 dəqiqə oynayıb. Alpər Potuk 2021-ci ildən dəvət aldığı Türkiyə millisinin heyətində 17 oyuna çıxaraq 1 qol vurub.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...