“Qarabağ” azarkeşləri UEFA-nın hesabatında birinci yerdə qərarlaşıblar

“Qarabağ” azarkeşləri UEFA-nın hesabatında birinci yerdə qərarlaşıblar
 

UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsinə qatılan klubların sosial şəbəkələrdəki rəsmi səhifələrində azarkeşlərinin ən aktiv olduğu klubun adını açıqlayıb.

Sfera.az "Report” a istinadən  xəbər verir ki, bu, Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ” klubudur. Ağdam komandasının izləyicilərinin orta fəallıq göstəricisi 29,9-dur. İkinci sırada 23,7 göstərici ilə Serbiya "Srvena Zvezda”sı dayanır. Hollandiyanın "Ayaks” klubu isə 3-cü sıradadır.

Sosial şəbəkələrdə ən çox izləyicisi olan klub İspaniya təmsilçisi "Real Madrid”dir – 222 milyon.

Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) yer alan 80 klubun ümumilikdə 8,4 milayrd izləyicisi var.

Qeyd edək ki, hesabat hazırlanarkən, "Facebook”, "Instagram”, "YouTube” və "Twitter”də bu ilin iyul ayı üçün göstəricilər nəzərə alınıb.


 

OXŞAR XƏBƏRLƏR

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...