\"Qarabağ” Avropada üçüncüdür

\
"Qarabağ” daxili çempionatlarda ən az qol buraxan 3-cü Avropa komandasıdı.
 
Sfera.az bildirir ki, Ağdam təmsilçisi cari mövsümdə qapısında hələlik cəmi 6 top görüb.

Premyer Liqanın XVII turunda "Kəpəz”lə matçı da "quru” hesabla başa vuran Qurban Qurbanovun yetirmələrini Avropada cəmi 2 komanda qabaqlaya bilir. Bunlar Cəbəllütarq təmsilçisi "Linkoln” və Çexiya "Viktoriya”sıdı. Birincilər daxili birincilikdə keçirdiyi 13 qarşılaşmada cəmi 3 dəfə mərkəzə dəvət edilibsə, "Viktoriya” "Qarabağ” kimi 17 oyuna çıxıb, amma 5 qola üzülüb.

Çexiyanın digər komandası "Slaviya” isə 18 görüşdə 8 qol buraxıb. Ümumiyyətlə, "köhnə dünya”da payız/yaz sistemi ilə keçirilən 41 çempionatda cəmi 9 komanda 10-dan az top buraxıb. "Linkoln”, "Viktoriya”, "Qarabağ” və "Slaviya” ilə yanaşı, "Valletta” (Malta – 20 oyunda 8 qol), "Sutyeska” (Monteneqro - 20, 8), PAOK (Yunanıstan – 22, 8), "Srvena Zvezda” (Serbiya – 24, 9) və "Olimpiya” (Sloveniya – 19, 9) da qapıçısının və müdafiəçilərinin etibarlı oyunu ilə öyünə bilərlər.

"Qarabağ” orta hesabla hər matçda 0,35 qol buraxıb ki, bu baxımdan da Avropanın üçüncüsüdü. Yenə müvafiq olaraq "Linkoln” (0,23) və "Viktoriya” (0,29) çempionumuzu qabaqlayır. Komandaların oyun sayına görə buraxdıqları qolları hesabladıqda növbəti yerləri PAOK (0,36), "Srvena Zvezda” (0,37), "Valletta” (0,40), "Sutyeska” (0,40), "Slaviya” (0,44), İspaniya "Atletiko”su (0,44) və "Olimpiya” (0,47) tutur.

"Böyük beşlik” ölkələrinin (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa) yüksək liqalarında ən yaxşı göstərici "Atletiko”ya məxsusdu. Madridlilər La Liqada "Barselona”nın gerisində qalmasına baxmayaraq, 25 oyunda -11 qolla hamıdan üstündü. İngiltərə və Fransada çempionluğa yaxın görünən "Mançester Siti” ilə PSJ müvafiq olaraq 20 və 19 qola məyus olublar. "Bavariya”da bu say 18, A seriyasında zirvə mübarizəsi aparan "Napoli” ilə "Yuventus”da isə 15-di.

Qeyd edək ki, Belarus, Estoniya, Farer adaları, Finlandiya, Gürcüstan, İslandiya, İrlandiya, Qazaxıstan, Latviya, Litva, Moldova, Norveç və İsveç yeni mövsüm başlamayıb.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...