“Qara bayram”ın İslam dini ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur” – Elşad Miri

“Qara bayram”ın İslam dini ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur” –  Elşad Miri
Adətən yaxınlarını itirən hər kəs ölkədə təmtəraqla qeyd edilən bayramlarda (məsələn, Novruz, Yeni il, Ramazan və.s) qəbirstanlığa gedirlər. "Qara bayram” deyilən bu günlərdə  onlar qəbrə şamlar düzür və ölən şəxsi yad edirlər. 
 
Həmçinin buna oxşar müxtəlif adətlərimiz də mövcuddur. Məsələn, yas mərasimlərinə gedərkən qara geyinmək, 40 gün saqqal saxlamaq, toy və ya şad günlərdən kənar durmaq və.s. 
 
Maraqlıdır, bütün bunların İslam dini ilə əlaqəsi varmı?

Bununla bağlı tanınmış ilahiyyatçı Elşad Miri Sfera.az-a açıqlamasında deyib ki, "Qara bayram”ın İslam dini ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur:

"Bir insan vəfat edəndən sonra gedib onun qəbri üzərində şam yandırmaq anlayışı mövcud deyil. Biz sadəcə o insanların günahlarının bağışlanması üçün Allaha dua edə bilərik.  Bayramın "qara” adlandırılması bir təzaddır, ziddiyyət təşkil edir. Belə bir şeyin olması absurddur, doğru deyil. Bir şeyi "qara” adlandırıb bunu hər hansı formada keçirilməyində İslamın heç bir tərəfi yoxdur”.

E.Miri qeyd edib ki, adətən insanlar təskinlik tapmaq üçün əyləncədən çəkinir, hüznlü anlarını qeyd edirlər:

"Amma yasda qara geymək İslamlıq məsələ deyil. Hindistanda yaxınları vəfat edən qadın başdan-ayağa ağ geyinir. Bunun dinlə əlaqəsi yoxdur. Sadəcə olaraq müəyyən yerlərdən asılı olaraq insanların vərdişləridir. 

Lakin qara geyməklə biz nə edirik? Öz hüznümüzü başqasına da siraət etdirməyə çalışırıq? İnsan onsuzda bunu öz içində yaşayır. Bunu hansısa formada geyinməklə göstərməyin də əhəmiyyəti yoxdur.  Digər tərəfdən insanlar düşünür ki, sabah qırmızı geyib gəzsəm, məni qınayacaqlar, çünki bunun şadlıq üçün olduğu deyilir”.

Günay Rəsulqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Nazirdən Nəzrinlə Mərdana hədiyyə - FOTO

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb.    Sfera.az xə...

Əhali ən çox gəliri hansı sahələrdən əldə edir? – ADLAR

Azərbaycanda ev təsərrüfatlarının tədqiqi göstərir ki, əhalinin adambaşına düşən aylıq gəlirləri 2023-cü ildə 15,6 manat artaraq 343 manatı ötüb. Gəlirlər şəhər...

Prezident: "COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq"

Biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu, vacibdir.   Sfera...

Şoyqudan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA: "Müharibə başlayandan bəri..."

Ukraynanın savaşda itkiləri ilə bağlı məlumat açıqlanıb.   Sfera.az bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu danışıb.   ...

May ayının şanslı və uğursuz GÜNLƏRİ - Astroloq AÇIQLADI

May ayının şanslı və uğursuz günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə məşhur rus astroloqu Vasilisa Volodina danışıb.   Pro...

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərb...