Qar nə vaxt kəsəcək?

Qar nə vaxt kəsəcək?
"Artıq bu gün Aralıq dənizi siklon ölkəmizi tədricən tərk edəcək”.

Sfera.az bildirir ki, bunu "Report”a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, qərb rayonlarında yağıntılar günün birinci yarısında, şərq rayonlarında isə axşam kəsiləcək:

"Sabah hava yağmursuz olacaq, lakin havanın ayaz keçməsinə görə şaxtalı olacaq. Bakıda bu gecə 0-2 dərəcə şaxta, aran rayonlarda 2-7 şaxta, dağlıq bölgədə 10-15, yüksək dağlıqda 18-23 dərəcə şaxta olacaq”.

OXŞAR XƏBƏRLƏR