Qar adamı kostyumu geyinən məşhur futbolçu britaniyalı qadının bağını viran qoydu - VİDEO
22:45 / 28.12.2019
1796
İngiltərə Premyer Liqasında "Vest Hem” klubunun oyunçusu Maykl Antonio öz "Lamborghini”sində britaniyalı Kia Rozinanın bağına girərək onu viran edib.
Bu barədə "The Times” xəbər yayıb.
Hadisə Milad bayramı günü baş verib. Rozinanın sözlərinə görə, o, ailəsi ilə axşam yeməyində oturduğu zaman küçədən bir səs eşidib. Çölə çıxdıqda isə qar adamı kostyumu geyimində Antonionu görüb.
Maşını ilə onun bağına girən idmançı avtomobilinin ətrafında dolanaraq telefonla danışıb və həmsöhbətindən "onu axmaq adlandırmamasını” tələb edib.
Qeyd olunur ki, qəza nəticəsində heç kim xəsarət almayıb. (oxu)