“Qapanma qərarı gözləniləndir, görsək ki...” – Deputat sərt karantinin anonsunu verdi

“Qapanma qərarı gözləniləndir, görsək ki...” – Deputat sərt karantinin anonsunu verdi
Son bir həftədə ölkə üzrə koronavirusa yoluxmada ciddi artım müşahidə edilir. Ötən gün bu rəqəm 3000-dən artıq olaraq qeydə alındı.

Maraqlıdır, yoluxma sayının ciddi şəkildə artmasının səbəbi nədir və bəzi şəxslər tərəfindən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı fikirlərin səsləndirilməsi nə dərəcədə reallığa uyğundur?

Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Ceyhun Məmmədov son zamanlar insanların karantin qadağalarını lazımınca ciddiyə almadıqlarını düşünür:

"Son vaxtlar koronavirusa yoluxmada ciddi artımın olduğunu biz də müşahidə edirik. Yoluxmada artımın başlıca səbəbi vətəndaşların mövcud karantin qaydalarına riayət etməməsidir. Azərbaycan dövləti artıq bir neçə ildir ki, koronavirusla mübarizədə ciddi tədbirlər görür, addımlar atır. Odur ki, vətəndaşlardan mövcud qaydalara dəqiqliklə əməl etmələri tələb olunur”.
 
Deputat qapanmaların ola biləcəyinə də diqqət çəkib:

"Əgər görsək ki, koronavirus daha geniş şəkildə yayılır, o zaman karantin rejiminin sərtləşdirilməsi ilə məsələyə baxıla və yeni qərarlar verilə bilər. Zərurət olsa, qapanma ilə bağlı addımlar gözləniləndir. Dövlət də çalışır ki, vətəndaşın sağlamlığının qorunması istiqamətində qərarlar qəbul etsin. Vətəndaşlarımız maksimum qaydada sosial məsafəni gözləməli, karantin qaydalarına riayət etməlidir ki, qapanma tədbirləri görülməsin”. 
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...