Qanunsuz telefon gətirən şəxs gömrükdə tutulub

Qanunsuz telefon gətirən şəxs gömrükdə tutulub

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi VAZ-21 074 markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Komitədən Sfera.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön sağ və sol qanadlarının içərisində gömrük nəzarətindən gizlədilən 28 ədəd Nokia, 10 ədəd Samsung markalı mobil telefonlar, mobil telefonlar üçün nəzərdə tutulan 36 ədəd adapter, 19 ədəd qulaqcıq, 34 ədəd qutu və 30 ədəd batareya aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR