Qanunsuz məskunlaşma müharibə cinayətidir - Hacıyev
22:30 / 07.11.2020
3094
Qanunsuz məskunlaşma müharibə cinayətidir.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitter hesabında yazıb.
"Qanunsuz məskunlaşma müharibə cinayətidir. Ermənistanın təhlükəsizlik agentliyinin yerli ofisindən müsadirə olunan sənədlər Ermənistanın qanunsuz məskunlaşma siyasətini davam etdirdiyini və Suriya ermənilərindən muzdlu kimi istifadə etdiyini göstərir. Qanunsuz məskunlaşma ilə bağlı müraciətlərimiz həmsədrlər tərəfindən illərdir nəzərə alınmır”, - PA rəsmisi qeyd edib.