Qanunsuz ət kəsimi yerləri sökülür - FOTO

Qanunsuz ət kəsimi yerləri sökülür - FOTO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, yol kənarlarında qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə növbəti nəzarət tədbirləri Sumqayıt və Mingəçevir şəhərlərində həyata keçirilib.

Sfera.az xəbər verir ki, reydlərdə AQTA əməkdaşları ilə yanaşı, yerli icra hakimiyyətlərinin və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Reyd zamanı bəzi kəsim məntəqələrində mənşəyi bilinməyən heyvan cəmdəyinin hissələri aşkarlanıb, bəzilərində isə ətlərin üzərində möhürlərin olmadığı müəyyən edilib. Qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinin sahiblərinə yalnız ixtisaslaşmış kəsim məntəqələrində kəsimin həyata keçirilməli olduğu, ət məhsullarının laborator analizdən sonra satışa təqdim edilməli olduğu bildirilib.

Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

OXŞAR XƏBƏRLƏR

Zelenskinin Bakı səfəri fotolarda

Xəbər verdiyimiz Ukrayna Prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenskaya Azərbaycana səfər edib. Sfera.az 16-17 dekabr tarixlərində ölkəmizd...

“Diplomları fərdi səlahiyyət profilləri əvəz edəcək” - 2030-cu ilə qədər...

"İstənilən vaxt, istənilən yerdə ucuz və keyfiyyətli kütləvi təhsili əlçatan edən onlayn və distant təhsil ən vacib kəşflərdən biri hesab olunur: "Passiv təhsil...

Prezident ona da vəzifə verdi - SƏRƏNCAM

  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Elşad Mirbəşir oğlunun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilməsi haqqınd...

Ermənilər Kəlbəcərdə buğlanır... - Fotolar

 Bizim Bakıda, Gəncədə, Şəkidə, Bərdədə soyuqdan qızınmağa yer axtardığımız, qaz, işıq problemi yaşadığımız bir vaxtda Rusiyanın Soçi şəhərindən gələn ermə...

Azərbaycanlı rejissor Moskvada “İlin adamı” seçildi - Foto

 Kinorejissor Rüfət Əsədov STMEQİ Beynəlxalq Xeyriyyə Fondu tərəfindən təsis edilmiş Sergey Vaynşteyn adına "İlin adamı” mükafatının laureatı seçilib. ...

Bakıda 2 marşrut xəttinə iritutumlu avtobuslar verildi - FOTO

Bakıda iki marşrut xəttinə yeni avtobuslar verilib. Sfera. az xəbər verir ki, bu barədə milli.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Məlumat...