“Qanuni oğru”nun çürümüş meyiti tapıldı

“Qanuni oğru”nun çürümüş meyiti tapıldı
İnquşetiyada Surxaxi kəndi yaxınlığında kriminal dairələrdə "Həmzət İnquş” kimi tanınan 31 yaşlı "qanuni oğru” Həmzət Auşevə aid ola biləcək skeletə çevrilmiş cəsəd tapılıb.

Sfera.az xəbər verir ki, artıq qabırğaları və kəllə sümüyü açıq olan meyitin yanından tapança da aşkarlanıb. Cəsədin üzərində cins şalvar və pencək var. Məlumata görə, Daxili İşlər Nazirliyi və İnquşetiya üzrə İstintaq Komitəsinin şöbəsi kriminal avtoritetin meyitinin tapılması ilə bağlı məlumatları təkzib etməyib.

Auşevin ölümünün əsas versiyası kimi radikal dini baxışlara sadiq qalan yerli sahibkarlara xərac qoymaq cəhdi səbəbindən qətlə yetirilməsi göstərilir. Mərhumun psixi durumu ilə bağlı intihar versiyası da nəzərdən keçirilir.
Həmzət Auşev Rusiyada ən gənc "qanuni oğru”lardan biridir.

O, 2013-cü ildə "Vladimirski Mərkəzi” həbsxanasında quldurluq və təşkilatlanmaya görə həbs edilib və uzun müddət cəza çəkib. 2020-ci ildə kriminal avtoritet psixiatriya xəstəxanasına göndərilib və 2021-ci ilin yazında sağlamlıq səbəbi ilə oradan azad edilib.
 
(Qafqazinfo)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Lənkəran sakinində tapança aşkarlandı

Lənkəran rayon sakinində tapança aşkarlanıb. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat veri...

Salonlara basqın edən şəxsə hökm oxundu - VİDEO

Paytaxtda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotro...

Universitetin şöbə müdiri hakim qarşısında: “Dedi ki, 2500 manat verməlisən..."

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri ...

Avtomat satmaq istəyərkən saxlanıldı - FOTO

Bakıda "Kalaşnikov” markalı avtomat silah satmaq istəyən şəxs saxlanılıb. DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, qanunsuz olaraq odlu s...

Bakıda 48 yaşlı şəxs tanışını qətlə yetirdi

Bakıda tanışını qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb. Bu barədə Sfera.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki,...

Azərbaycanlı avtoritet GÜLLƏLƏNDİ - FOTO

Ukraynanın Odessa şəhərində 65 yaşlı kriminal avtoritet güllələnib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, o, Azərbaycan əsilli Nazir Əliyevdir. Qət...