Qanı təmizləyən və xərçəngi müalicə edən 6 min illik möcuzəvi resept

Qanı təmizləyən və xərçəngi müalicə edən 6 min illik möcuzəvi resept
KRVİ (kəskin respirator virus infeksiyası) və ya KRX (kəskin respirator xəstəlik) - uşaqlar arasında ən geniş yayılmış xəstəlikdir. KRVİ-nin törədiciləri - çoxsaylı viruslardır.

Onlar mürəkkəb struktura malik və həddən artıq müxtəlif növlərə malik oldugundan, insan orqanizmi bu viruslara qarşı immunitet yarada bilmir.

Sfera.az saglamolun.az-a istinadən bildirir ki, KRVİ öz-özlüyündə o qədər də təhlükəli deyil. Qorxulu olan onun fəsadlarıdır (bronxit, sətəlcəm-pnevmoniya, otit, angina və s.). Ona görə də uşaq KRVİ-yə tutulubsa, bundan qorxmayın, sadəcə lazım olan tədbiri görün. Çünki bütün uşaqlar vaxtaşırı belə infeksiyalara yoluxurlar. Lakin uşaqda KRVİ ildə 4 dəfədən artıq təkrar olunarsa, onu mütləq immunoloqa göstərmək lazımdır.

KRVİ hava-damcı (öskürək, asqırmaq, xəstənin istifadə etdiyi qab-qacaq və digər əşyalarla) vasitəsi ilə keçir.

Xəstəlik hərarətin qalxması ilə başlayır, uşaq baş ağrısından, qol və ayaq əzələlərində ağrılardan şikayət edir, sonra isə asqırmaq, öskürək, zökəm başlayır. Bütün viruslar içində ən təhlükəlisi - qrip virusudur. Onun tez-tez ağır fəsadları olur.

Adətən, KRVİ tənəffüs yollarını zədələyir. Lakin elə hallar da olur ki, (son vaxtlar daha çox olmaqla) xəstəliyin törədicisi olan virus mədə-bağırsaq sisteminin selikli qişasını zədələyir. Bu zaman qusma, ishal, qarında ağrı kimi əlamətlər əmələ gəlir.

Əgər uşağın bədən hərarəti çox yüksək deyilsə (38,50C-dək), onu yatağa uzatmaq mütləq deyil. Bu zaman onu sadəcə, fiziki gərginlik tələb edən oyunlardan uzaqlaşdırmaq lazımdır. Uşağın olduğu otaq kifayət qədər isti (lakin çox isti olmamalı), havası kifayət dərəcədə nəmli olmalıdır. Hər gün otaqda nəm əsgi ilə təmizlik işləri aparılmalıdır. Bu, xəstəliyin törədicisi olan mikroblarla mübarizədə vacib hesab olunur.

Xəstəlik zamanı uşağı zorla yedizdirmək məsləhət olunmur. Belə ki, zorla qidalandırmaq sonda qusmaya da səbəb ola bilər. Qida kobud, kəskin və ədviyyatlı olmamalıdır. Uşağı az-az, tez-tez və imkan daxilində, onun xoşladığı qidalarla yedizdirmək lazımdır.

Xəstə uşaq gün ərzində 1,5 litrə qədər maye qəbul etməlidir. Bu, KRVİ ilə xəstələnmə zamanı orqanizmdəki intoksikasiyaya (baş ağrısı, başgicəllənmə, oynaq, əzələ ağrıları) qarşı mübarizədə yaxşı kömək edir. Uşağa mineral su, limonlu çay, üzüm, itburnu, qaysı qurusundan hazırlanmış dəmləmələr vermək daha çox xeyirli hesab olunur. Uşağa çox şirin maye içizdirməyin. Çünki bu zaman uşaqda köpmə və qarın ağrısı əmələ gələ bilər. Birdəfəyə uşağa çoxlu maye vermək olmaz. Bu, qusmaya səbəb ola bilər.

Hər bir ana uşağında KRVİ olduğunu asanlıqla müəyyən edə bilər. Lakin həkim məsləhətindən imtina edərək uşağı müstəqil şəkildə müalicə etmək, ona müxtəlif dərmanlar (xüsusilə, antibiotiklər) vermək olmaz. Yadda saxlayın ki, bir çox vaxt digər təhlükəli xəstəliklərin əlamətləri də KRVİ simptomları ilə oxşar olur!

İstənilən xəstəlik zamanı bədən hərarətinin yüksəlməsi - immun sistemin təbii reaksiyasıdır. Orqanizm bu yolla infeksiya ilə mübarizə aparır. Bu səbəbdən də qızdırma salan dərmanları yalnız hərarət 38,50C-dən yuxarı qalxdıqda vermək lazımdır.

Adətən, uşaqlar yüksək hərarəti yüngül keçirirlər. Ona görə də başlanğıcda dərmanlardan istifadə etmədən fiziki üsullarla hərarəti salmağa çalışmaq lazımdır. Uşağı soyundurun və 5 dəqiqə ərzində onun bədənini eyni temperaturlu suda (suya az miqdarda sirkə və ya araq qata bilərsiniz) isladılmış salfet və ya əsgi ilə silin. Sonra uşağın bədənini yaxşı qurulayın və uşağı yüngül geyindirin. Yüksək hərarəti olan uşağı qətiyyən yorğana bükməyin. Bu, bədən hərarətinin daha da artmasına səbəb olacaq.

Əgər fiziki metodlar fayda verməzsə və hərarətin yüksəlməsi davam edərsə, onda uşaqlar üçün nəzərdə tutulan gızdırmanı aşağı salan dərmanlardan birini vermək və ya eyni effekti verən şam qoymaq olar.

Hazırda həkimlər uşaqlarda "aspirindən" istifadə edilməsini tövsiyə etmirlər. Qızdırma salan dərman da effekt verməzsə, tez bir zamanda "təcili yardım" çağırmaq lazımdır. Həkim xüsusi qızdırma salan dərmanlardan istifadə edərək yüksələn hərarəti aşağı sala bilər.

Əvvəllər yüksək hərarət fonunda qıcolmaları olan, həmçinin ürək-damar, sinir, endokrin və digər sistemlərin patologiyaları olan və lap körpə uşaqlara hərarət 37,5-380C-yə qalxan kimi qızdırma salan preparatlar vermək lazımdır.

Yüksək hərarət fonunda uşaqda qıcolmalar və huşunu itirmə meydana çıxarsa, tez bir zamanda "təcili yardım" çağırın. Qıcolma zamanı təşvişə düşməyin, özünüzü itirməyin! Uşağın başını və əl-ayaqlarını elə tutmağa çalışın ki, o özünü hər hansı bir əşyaya və ya döşəməyə çırparaq zədələnməsin. Həkim gələnə qədər heç nə etməyin. Adətən, uşaqlarda bu qıcolmalar tez qurtarır və uşaq yuxuya gedir. Qıcolmalar keçsə və uşaq sakitləşsə də uşağınızı nəzarətdə saxlayan uşaq həkiminə (pediatra) məlumat verin. Ola bilsin ki, bu halda uşağınıza nevropatoloqun məsləhəti lazım olsun.

KRVİ çox hallarda öskürək və zökəmlə müşayiət olunur. Adətən, KRVİ başladığı gündən etibarən 7-10 gündən sonra keçib gedir. KRVİ zamanı antibiotik və sulfanilamid preparatlarından istifadə edilmir. Onları yalnız xəstəliyin ağırlaşması zamanı təyin edirlər.

KRVİ üçün yuxarı tənəffüs yolları (burun, udlaq, qırtlaq), həmçinin qulaqlar (otit) və gözlərin (konyuktivit) zədələnməsi xarakterik əlamətlər sayılır.

Faringit zamanı boğazda (udlaq) guruluq, qaşınma, quru öskürək, udma zamanı ağrılar olur. Laringit (qırtlağın zədələnməsi) zamanı səs batır, nəfəsalma prosesi çətinləşir (qırtlağın iltihabi şişkinliyi nəticəsində). Uşaqda nəfəsalmanın çətinləşdiyinin ilk əlamətləri görünən kimi "təcili yardım" çağırın.

OXŞAR XƏBƏRLƏR

Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için…

"Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir. Bu, ən minimal fizioloji tələbatdır. 37 dərəcə temperaturdan yuxarı hər 1 dərəcə Selsi üçün ...

Xərçəngin düşməni - Qocalmağı gecikdirən meyvələr

 Gündəlik meyvə istifadəsi sağlamlığımız üzün əvəzsizdir. Mütəxəssislər kişilərə gündə 3, qadınlara isə 2 porsiya meyvə yeməyi məsləhət görürlər. Sfe...

Ürək xəstəliklərinin DƏRMANI: Gündə bir stəkan...

 Orqanizm üçün faydalı meyvələrdən biri də greypfrutdur. Sfera.az xəbər verir ki, araşdırma nəticəsində gündə bir stəkan greypfrut suyunun ürək xəstə...

Xərçəng əleyhinə təsir göstərən TƏRƏVƏZ: Özü kimi yarpaqları da...

 Yarpaqları da özü kimi faydalı olan tərəvəzlərdən biri də turpdur. Sfera.az xəbər verir ki, turp və yarpaqları C vitamini ilə zəngindir. Qocalma ilə...

"Əgər koronavirusun peyvəndi və vaksini yoxdursa, insanlar necə sağalır?"- AÇIQLAMA

  Xəbər verdiyimiz kimi iyulun 5-də 523 nəfər koronavirusa yoluxub, 451-i isə sağalaraq evə buraxılıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun peyvəndin...

Orqanizmi koronavirusun ağır fəsadlarından qoruyan MADDƏ. Bu məhsullarda var!

Selen insan sağlamlığı üçün ən vacib olan antioksidant minerallardan biridir. Selen iorqanizmdə iltihabların azalmasına kömək edir, immun hüceyrələrinin istehs...