Qandonduran cinayət: Qucağındakı körpə ilə birgə qadını güllə yağışına tutdular

Qandonduran cinayət: Qucağındakı körpə ilə birgə qadını güllə yağışına tutdular
 Türkiyənin Diyarbəkir şəhərində tükürpərdən cinayət baş verib.
 

Sfera.az Tükiyə mediasına istinadən xəbər verir ki, "Timuçin binası" adlı yerdə gecə saatlarında 4 dəfə silah səsi eşidilib və mühafizəyə xəbər verilib. Hadisə yerinə çağrılan polis güllə səsi eşidilən mənzildə bir qadını ağır yaralı halda tapıblar. Ən dəhşətlisi isə qadının qucağında körpəsi də olub.

Məlum olub ki, Dəniz K. adlı qadın 4 güllə yarası alıb. Həkimlərin müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 18 aylıq körpə isə polis tərəfindən qoruma altına alınıb. (yeni sabah)



OXŞAR XƏBƏRLƏR