Sağlıq

Qanazlığı və onun aradan qaldırılması yolları

Qanazlığı və onun aradan qaldırılması yolları

Anemiya və ya qanazlığı - ilk baxışdan göründüyü kimi o qədər də yüngül xəstəlik deyil. Əgər həkim sizə anemiya diaqnozu qoyubsa, bu o deməkdir ki, sizin orqanizminizdə heboqlobinin miqdarı aşağı düşmüşdür. Qanın analizi isə eritrositlərin miqdarının aşağı olduğunu göstərəcəkdir. Bu göstərici bir çox xəstəliklərin indikatoru hesab edilir. Eritrositlər - sümük iliyində yaranan qırmızı qan hüceyrələridir. Onların vəzifəsi orqanizmin orqan və toxumalarının oksigenlə təmin etməkdir. Digər funksiyası isə nəqletmə funksiyası olub, toxumalardan karbon qazını xaric etməkdir. Əgər eritrositlər normadadırsa insan özünü sağlam hiss edir, norma pozulanda isə anemiya ilə əlaqədar bir çox patalogiyalar meydana çıxmağa başlayır.

Anemiyanın əsas simptomları. Anemiya zamanı qan oksigenlə kifayət qədər təmin olunmadığından xəstəlik hallarına səbəb olur: tez yorulma, sifətin avazıması, saçların kövrəkləşməsi, dırnaqların laylanması və sınması kimi hallara rast gəlinir. Ürək isə özünəməxsus reaksiyalar göstərir: ürəkdöyünmələrin sayı artır, qulaqlarda küy, gözdə qaralma, baş gicəllənmə kimi hallar yaranır. Demək olar ki, böyük insanların hər üç nəfərdən birində yaranan belə hallar anemik sindrom adlanır. 65 yaşdan yuxarı insanlarda isə anemiyanın rast gəlmə ehtimalı daha da artır.

Anemiyanın aradan qaldırılması yolları. Dəmir defisitli anemiyadan qurtulmaq üçün ilk öncə əsas xəstəliyin səbəbini ardan qaldırmaq lazımdır. Qidalanmaya xüsusi fikir vermək lazımdır. Dəmir tərkibli zülalların az olduğu halda rasiona əlavə etmək və ya əksinə, onların sorulmasını məhdudlaşdıran  məhsulların qida rasionundan çıxarılmasını təmin etmək lazımdır.  Əgər "qorxulu" bir hal yoxdursa və qanın müayinəsi dəmir çatışmazlığını təsdiq edirsə, bu zaman 1-2 ay müddətində minimum gündə 1-2 dəfə yemək zamanı dəmir tərkibli preparatlar qəbul etmək məsləhət görülür.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.


XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829