Qalmaqallı telefon danışığı ilə yadda qalan erməni məmura yeni vəzifə verildi
Dünya
12:55 / 16.09.2021
634
Ermənistan Xüsusi İstintaq Xidmətinin başçısı Sasun Xaçatryan Antikorrupsiya Komitəsinin sədri təyin edilib.
Sfera.az "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə qərar ölkə hökumətinin iclasında qəbul olunub.
S.Xaçatryanın sözlərinə görə, komitənin strukturu yenidən formalaşdırılacaq, regional şöbələr yaradılcaq.
Ermənistan Xüsusi İstintaq Xidmətinə rəhbər hələ ki təyin edilməyib.
Xatırladaq ki, S.Xaçtryan qalmaqallı telefon danışığı ilə daha çox tanınıb. 2018-ci ilin sentyabrın 11-də internetdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin o vaxtkı direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında telefon danışığının səs yazısı yayılmışdı. 8 dəqiqəlik söhbəti zamanı onlar Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbs edilməsini, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov və ölkənin keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı açılmış cinayət işlərini müzakirə etmişdilər.