Qalmaqallı MƏKTƏB DİREKTORU başında bayraq ƏT DOĞRADI - VİDEO + FOTO

Qalmaqallı MƏKTƏB DİREKTORU başında bayraq ƏT DOĞRADI - VİDEO + FOTO

Xəbər verdiyimiz kimi, Bakının qalmaqallı məktəb direktoru bu dəfə karantin qaydalarını pozmaqla gündəm olub.

187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova evində təşkil etdiyi doğum günü məclisi ilə karantin qaydalarını kobud şəkildə pozub.

 

Nailə Məmmədova fərdi yaşayış evində təşkil etdiyi məclisə onlarla şəxsi dəvət edib. Direktor həmçinin məclisə müğənnilər də çağırıb. Nailə Məmmədovanın evində baş tutan məclisdən çəkilən videogörüntülər iki gündür sosial şəbəkələrdə geniş şəkildə yayılır.

Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona Təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

İnsanlar sosial şəbəkələdə yayılan videolara və verilən cəzaya öz etirazlarını bildiriblər. Direktorun etdiyi hərəkət qarşılığında işdən çıxmasını istəyiblər.

Qeyd edək ki, Nailə xanımın yeni videosu yayılıb. Videoda ət kəsən yerdə görüntülənən məktəb direktoru başına "broşka" əvəzinə bayraqlar taxıb. İzləyicilər tərəfindən onun bu hərəkəti də tənqid atəşinə tutulub.

Sözügedən videonu təqdm edirik:




OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...