Qalmaqal böyüyür: Flora Kərimovadan Kəramət Böyükçölə cavab gəldi: “Dediyim fikri sərsəm qavradınsa...\"

Qalmaqal böyüyür: Flora Kərimovadan Kəramət Böyükçölə cavab gəldi: “Dediyim fikri sərsəm qavradınsa...\
Xalq artisti Flora Kərimovanın "Daha müxalifətçiliyə yer qalmayıb"  fikri ciddi səs-küyə səbəb olub.  Müsavat başqanı Arif Hacılı və AXCP sədri Əli Kərimli ilə yanaşı, yazıçı Kəramət Böyükçöl də Kərimovanı ciddi tənqid edib. 
 
"Sənətinə və şəxsiyyətinə hörmət elədiyimiz bir insan niyə belə sərsəm fikirlər səsləndirsin? Müxalifətçiliyə yer qalmayıb nədir? Müxalifətsiz ölkə olar? Bu cür fikirləri adətən balasının gedib müxalifətçilərə qoşulub şərlənib tutulmasından narahat olan evdar arvadlar deyir. Bəs bir xalq artisti, gözəl bir sənətkar niyə belə danışsın? Bəlkə yaşla bağlı olaraq başı xarab olub, ya tutub zorla dedizdiriblər? Bu qədər dözmüsən, bir az da dözərdin də, onsuz da ömrün axırıdır, az qalıb”, - deyə K. Böyükçöl bildirib. 

Onun səsləndirdiyi fikirlərə isə qarşı tərəfdən cavab gecikməyib.

Sfera.az bildirir ki, Xalq artisti sosial media hesabından Kəramət Böyükçölə müraciət edib. Müğənni yazıçıya verilən fərqli düşüncənin lağ-lağa və məsxərələrdə xərclənməsinə təəssüf edib:

"Dediyim fikri sərsəm qavradınsa, bəlkə yazdığımı başdan təkrar bir də oxuyasan! Sənin sözünlə desək, mən "bu yaşıma kimi dözdüm”. Sən məhz ayıq başınla neçə yaşına kimi dözə bildin!? Balasını itirməkdən qorxan ana, balası üçün vicdanı çərçivəsində hər cür yola gedər. Balalarını düşünməyən, ailəsini qorumayan "kişi" vətəni üçün kimdir?!

Yetim balamdan keçib bu millət üçün varlığımı üyüdmədim ki, kimsə yuxu görüb yuxusunu başının böyüklüyünə görə yozsun. Mən 1992-ci ildə hərbi xəstəxanada komadakı yaralının altını yuyub təmizləyəndə, sən məni acıladığın dilimizə və bu günkü kimliyinə yiyələnirdin. Hələ ki nə ağlım, nə yaddaşım, nə də təxminlərim məni yanıltmayıb. Sənə şərh yazanlar yüz yox yüz min ola, milyonunuzun iqtidarı mənim müxalif düşüncəmi əksinə çevirə bilməz”.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...