\"Qalatasaray\"ın yeni prezidenti məlum oldu - FOTO
23:46 / 19.06.2021
4326
Türkiyənin "Qalatasaray" futbol klubunun yeni prezidenti müəyyənləşib.
Sfera.az-ın məlumatına görə, seçkidə 5 namizəd - Metin Öztürk, İbrahim Özdemir, Eşref Hamamcıoğlu, Burak Elmas və Yiğit Şardan iştirak edib.
Burak Elmas bütün rəqiblərini geridə qoyub. Belə ki, səsvermədə iştirak edən 4 731 şəxsin 1 541-i Elması bu posta layiq görüb.
O, "sarı-qırmızıların" 38-ci prezidenti olub.
Elmas bu postda Mustafa Cengizi əvəzləyəcək. 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.