“Qalatasaray”ın prezidenti şəhidimizin atası ilə DANIŞDI

“Qalatasaray”ın prezidenti şəhidimizin atası ilə DANIŞDI

Türkiyənin "Qalatasaray” klubunun prezidenti Mustafa Cengiz Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması zamanı şəhid olmuş Fərid Dursonov barədə danışıb.

 

 

Sfera.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:


 

"Komandaya azarkeşlik etmək izaholunmaz bir hissdir. Yağışda, palçıqda matça gələn insanlar var. Fərid Dursunovun atası ilə danışdım. Bakıdan çox uzaq yerdə yaşayırlar. Allah heç kimə övlad acısı verməsin. Sıra ilə ölüm versin. Atəş düşdüyü yeri yandırar. Atası Fazil bəy ilə danışdım, çox sevindi. Eyni duyğuları mən də yaşadım. "Övladım yaşasaydı, çox xoşbəxt olardı" dedi. Bu, bir tutqudur. İnsan sadəcə maddi şeylərlə yaşaya bilməz. Bu şəhidimiz bizi çox duyğulandırdı. Milli duyğuları bir araya gətirdi. Nur içində yatsın. Allah qəni-qəni rəhmət eləsin".


 

Qeyd edək ki, Dursunov vəfat etməzdən əvvəl "Şəhid olsam, məzarımda "Qalatasaray" bayrağı da olsun" deyib və onun vəsiyyətinə əməl edilib.


OXŞAR XƏBƏRLƏR