\"Qalatasaray\"ın futbolçuları niyə yumruq davasına çıxdı? - SƏBƏB

\

Xəbər verdiyimiz kimi, Türkiyə Super Liqasının ilk turunun "Giresunspor" - "Qalatasaray" matçında qonaq komandanın futbolçuları arasında dava düşüb.

Belə ki, görüşün ikinci yarısında Markao və Kerem Aktürkoğlu dava edib. Braziliyalı futbolçu Keremin üzərinə hücum çəkib, əvvəlcə ona kəllə, ardınca yumruq atıb. Nəticədə hakim Markaonu qırmızı vərəqə ilə meydandan qovub. Baş məşqçi Fatih Terim isə Keremi oyundan çıxarıb.

Fanat.Az xəbər verir ki, davaya səbəb Keremin Markaoya əllə "sus" işərəsi göstərməsi olub. Belə ki, matçın gedişində gənc futbolçu topu itirib, braziliyalı isə ona sərt şəkildə etiraz edib. 

Matçdan sonra olayın səbəbi barədə Fatih Terimə məlumat verən Kerem "Sus dedim, kəllə atdı" deyib.

Fatih Terim də oyundan sonra açıqlama verərək Keremi müdafiə edib: "Hər ikisi bizim futbolçumuzdur. Amma Kerem gənc və qiymətlimizdir. Keremin gəncliyini qoruyacağıq, Markaoya da cəzası nədirsə, veriləcək. Hər şeyi həll edəcəyik, heç kim narahat olmasın. Markao hər kəsdən üzr istəyəcək".

Qeyd edək ki, oyun "Qalatasaray"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 


(fanat.az)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...