“Qalatasaray” Yunanıstana buraxılmadı
22:44 / 12.07.2021
702
"Olimpiakos”la oynayacağı matç üçün Afinaya yollanan "Qalatasaray” heyəti Yunanıstana buraxılmayıb.
Sfera.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, buna səbəb klub üzvlərinin PCR testlərinin nəticələrinin etibarsız sayılmasıdır. Kobud münasibətlə qarşılaşan klub geri dönmək qərarı alıb.
Məlumata görə, Yunanıstan tərəfi bu davranışı iki ölkə arasında PCR testlərinin tanınması ilə bağlı protokol olmaması ilə əsaslandırıb.