\"Qafqaz\"ın tələbələri sabahdan başqa universitetə gedəcəklər

\

Sfera.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA-ya bildirib ki, Qafqaz Universitetində yaradılan Ləğvetmə komissiyasının rəyi ilə təhvil-təslim prosesi dünən tam başa çatıb: "Ləğvetmə komissiyası artıq işini başa çatdırıb. Bütün müvafiq sənədlər Bakı Mühəndislik Universitetinə təhvil verilib. Sabahdan da Qafqaz Universitetinin tələbələri Bakı Mühəndislik Universitetində tədrisə - II semestrə başlayacaqlar". 

C.Valehov 2016/2017-ci tədris ili üzrə qış imtahan sessiyalarının nəticələri barədə də məlumat verib. Hazırda ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının nəticələri, qarşıya çıxan problemlərlə bağlı ümumiləşdirmələrin aparıldığını deyən nazirlik rəsmisinin sözlərinə görə, təhlillər aparıldıqdan sonra ayrı-ayrı təhsil müəssisələrinin nəticələri Təhsil Nazirliyinin müvafiq şöbəsinə təqdim olunacaq:

 

"Qış imtahan sessiyasının təşkili ilə bağlı təhsil naziri Mikayıl Cabbarovun əmri olub və buna  müvafiq olaraq ictimaiyyət nümayəndələri, media kapitanları, millət vəkilləri imtahanları izləyiblər. İmtahan sessiyasında onların iştirak etməsi bu prosesin şəffaflığına işarədir. Nazirliyin "Qaynar xətt"inə daxil olan müraciətlər də təhlil edilir, ümumiləşdirilir. Son illər əvvəlki illərlə müqayisədə ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyası dövründə neqativ hallar, qeyri-qanuni ödənişlərin olması ilə bağlı müraciətlərin sayı xeyli azalıb və  keyfiyyət dəyişiklikləri baş verib".


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...