Qafqazın ən hündür heykəli Babəkə qoyulacaq - BAKIDA

Qafqazın ən hündür heykəli Babəkə qoyulacaq - BAKIDA
Babəkin heykəlinin hazırlanmasına başlanılıb.

Sfera.az bildirir ki, bunu APA-ya Azərbaycan Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov deyib.

Onun sözlərinə görə, heykəlin 8-12 ay müddətinə hazırlanması nəzərdə tutulur: "Artıq lazım olan bürünc material əldə olunub və istehsalat prosesinə başlanılıb. Lakin heykəlin istehsalı heç də asan başa gələn proses deyil, ona görə də müddətin bu qədər uzun olması təbiidir".

Direktor heykəlin hündürlüyü məsələsinə də toxunub. O qeyd edib ki, heykəlin yerdən başına qədər olan hissəsinin hündürlüyü 10, qılıncına qədər olan hissəsinin isə hündürlüyü 12 metr olacaq.

"Çox ağır və möhtəşəm abidə olacaq. Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq", - deyə B. Hüseynov vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2011-ci ildə Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Heykəlin müəllifi Xalq rəssamı Arif Qazıyevdir. Abidə Babəkin adını daşıyan prospektdə ucaldılacaq.

OXŞAR XƏBƏRLƏR

Şagirdləri uğrunda pandemiya ilə döyüşən xanım müəllimin PORTRETİ- Foto-Video

   YOL haqqında portret... "84 km-lik sevgi”   Əziz oxucu! Bu yazıda sizinlə iki nəfər söhbət edəcək; həm mən, həm də o...   Onun kimli...

Tovuzdan başlayan təxribat bu gün də davam edir?! - ANALİZ

 Azərbaycan Prezidenti çox soyuqqanlı şəkildə ermənilərin geosiyasi təxribat planını pozdu Bu analitikanı apararkən tarixi-etnocoğrafi, folklorşünasl...

Ermənilər Gürcüstanda da təxribata əl atdı: şəhərə xüsusi təyinatlı qüvvələr cəlb edilir - VİDEO

  Gürcüstanın Axalkalaki şəhərinə əlavə polis və xüsusi təyinatlı qüvvələr cəlb edilir. Gürcüstanın Samtsxe-Cavaxeti vilayətinin Axalkalaki bələdiyyəsini...

"Azərsu" sədrinin oğlu ilə bağlı iddia - Əkin sahələri, badam bağları və itən su

Araşdırmaçı-jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında "Su hara gedir, niyə itir" sualının cavabı” adlı yazı paylaşıb.   Sfera.az Azərsu sə...

Tovuz hadisələrinin geosiyasəti – Politoloq şərhi

  "Ermənistan təxribatlarını davam etdirə bilər. Onlar ictimai rəyi və vəziyyəti yoxlamaq üçün artıq belə bir cəhd etdilər”. Bunu "MediaPost”a açıql...

Pandemiyanın Azərbaycanda 1,3 milyon insanı işsiz qoymaq ehtimalı var

"Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirilən zaman yalnız ÜDM-dəki 2,7 faizlik azalma əsas götürülməməlidir. Pandemiyadan öncə ilin biri...