Qafqaz-İberoamerika Düşüncə Mərkəzi Nikaraqua televiziyasında - VİDEO

Qafqaz-İberoamerika Düşüncə Mərkəzi Nikaraqua televiziyasında - VİDEO
Nikaraquanın Dövlət Televiziya kanalı "TN8 - Globo tv" də Qafqaz-İberoamerika Düşüncə Mərkəzinə həsr olunan repotaj efirə gedib.

Sfera.az bildirir ki, reportajda qeyd olunur ki, mərkəzin əsas vəzifələrindən biri Qafqazda mövcud olan siyasi, iqtisadi və humanitar sahələrdə təhlillər aparmaq, habelə ispan dilli ölkələrin düşüncə mərkəzləri, mediası, vətəndaş cəmiyyəti təşkilatları və dövlət dairələrilə çoxşaxəli əməkdaşlıq yaratmaqdır. Eyni zamanda, həmən ölkələrlə birlikdə müxtəlif səpkidə beynəlxalq konfransların təşkili də mühüm iş prinsiplərindən biri hesab olunur.

Mərkəzin İspaniya, Kuba, Meksika və s. ispandilli ölkələrdən həmsədrləri var.

Düşüncə mərkəzinin azərbaycanlı həmsədri Barselona Dövlət Universitetinin magistr dərəcəsini almış  politoloq Mahir Qurbanovdur, deyə reportajda qeyd olunub.

Reportajda həmçinin Azərbaycan reallıqları, ölkənin iqtisadi inkişafı və Azərbaycanın regionda güclü potensiala sahib olan ölkə olduğu haqqında da bəhs olunur.
 


OXŞAR XƏBƏRLƏR