Qafqaz-İberoamerika Düşüncə Mərkəzi ispan dünyasına mesaj verdi - FOTO/VİDEO
12:18 / 22.07.2021
717
İyulun 21 - də Qafqaz-İberoamerika Düşüncə Mərkəzi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib və ispan dilli mətbuata mesaj göndərib.
Sfera.az bildirir ki, Mərkəzin rəhbəri Mahir Qurbanov video müraciətdə qeyd edib:
"Biz əzəli torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı yad etməyə gəldik. 30 illik işğaldan sonra, torpaqlarımız işğaldan azad olundu. Şəhidlərimiz hər an bizim qəlbimizdədir".