“Qadınlar kişiləri elə bir həddə gətirir ki, kişi intihar edir” - Psixoloq

“Qadınlar kişiləri elə bir həddə gətirir ki, kişi intihar edir” - Psixoloq
Son illər intihar edən kişilərin sayında kəskin artım müşahidə edilir.
 
Maraqlıdır, kişiləri intihar etməyə vadar edən nədir? Kişilər hansı səbəbdən intihar edir?

Mövzu ilə bağlı Sfera.az-a fikirlərini bölüşən psixoloq Gülnar Orucova qeyd edib ki, ölkəmizdə kişi intiharları heç vaxt bu qədər çox olmayıb:

"Son illərdə təkcə ölkəmizdə deyil, düyada intihar edənlərin sayında gözlə görünən artım müşahidə olunur. İntihar halları istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə artan mənfi bir tendesiyaya çevrilib. Qadınlara nisbətən kişilərin daha çox intihara əl atması həmişə aktual olub. İndi isə problem həm də ondadır ki, intiharın yaşı kiçilib. Sadə bir statistika deyim ki, əvvələr intihar edənlərin yaşı əsasən 24-35 aralığında idisə, bu gün 11 yaşında da intihar edənlər var. Əvvələr intihar edənlərin səbəbi fərqli olsa da, bu gün əksər hallarda bu, şəxsi münasibətlər zəmnində, yəni sevgi əsasında baş verir. Bu isə olduqca ciddi bir haldır”.

Psixoloqun sözlərinə görə, kişilərin intihar etməsində qadınların da rolu var:

"Bir kişi intihar edirsə, bunun səbəbini həm də qadında axtarıram. Bəzən qadınlar kişiləri elə bir həddə gətirir ki, kişi intihar edir. Kişi evə çörək pulu gətirən vasitə kimi görülməməlidir. Qadınlar ümumiyətlə maddi məsələlərdə kişilərə təzyiq etməməlidir. Qadın özü də bu məsələlərdə ərinə dəstək olmalıdır. Bəzən qadın kişini elə sıxışdırır ki, kişi çıxış yolu tapmır və intihar edir.

Onu da deyim ki, kişilərin intihar etməsinə səbəb heç də həmişə  maddi səbəblər olmur. Misal üçün, vaxtilə mənə bir xanım müraciət etmişdi və o yoldaşının avtoqəzada həlak olduğunu demişdi. Sonralar məlum oldu ki, əslində bu, belə deyil və o xanım yoldaşına xəyanət etdiyi üçün yoldaşı da intihar edib. Yəni bu kimi hallar da olur və kişi bunu qəbul edə bilmədiyi üçün həyatına son verir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

Finala vəsiqə qazanmaq xoş hissdir. Azərbaycan Kuboku əlavə stimuldur. Futbolçulardan isə razı qaldım.   Sfera.az xəbər verir ki, bu sözləri &qu...

Tayvanda yenidən zəlzələ oldu

Tayvan sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb....

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Aprelin 23-24-də Cenevrə şəhərində BMT-nin İşgəncə əleyhinə Komitəsinin 79-cu sessiyası çərçivəsində “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti...