Qadınlar kişilərdə nələrə nifrət edirlər? - SİYAHI

Qadınlar kişilərdə nələrə nifrət edirlər? - SİYAHI

Qadınların kişilərdə nələrə nifrət etdiyini bilmək istəyirsinizmi?

Qulaq tükü, kirli dırnaq, yekə qarın və daha nələr...

Kirli dırnaqlar

Qadınların kişilərdə ilk fikir verdiyi hissə kişinin əlləridir. Qadına görə, bir kişinin əlləri təmizdirsə, demək digər yerləri də təmizdir. İçi qara, kirli dırnaqları olan əli heç bir qadın tutmaq istəməz.

Burun tükü

Nəfəs alarkən buruna daxil olmağa çalışan tozları əngəlləyən bu tüklər çox təəssüf ki, burundan fışqırıb bayıra çıxanda qadınları iyrəndirə bilər. "Çarəsi yoxdur", - deməyin. İndi hər şey üçün bir alət icad edilib.

Sürüşən parçadan çimərlik paltarı

Amerika sahillərində bunu geyinən kişilər haqqında ilk düşüncə belə olur, "Ya almandı, ya da homoseksualdı". Əgər qadınların diqqətini çəkmək istəyirsinizsə, onları geyinməyin.

Qulaq tükü

Bayıra çıxan qulaq tükü mütləq təmizləyin.

Kürək tükləri

Uzanmış və "Femina"nı xatırladan çiyin, kürək tüklərini təmizləyin. Qadınlar bundan nifrət edərlər. Əgər qadınlar bir tük yumağına sarılmaq istəyirsə, sizi neynəyir?! Elə evindəki ayısına sarılar.

Uzun bığ

Üz şəklinə görə kəsilmiş bığ və saqqallar görünüşünüzü dəyişəcək. Ancaq uzunluğuna diqqət edin. Bir qadının qarşısında uzun bığ, ya saqqalınızla şorba, ayran içsəniz...Daha sonrasını təsəvvür belə edə bilməzsiniz.

Sarı dişlər

Unutmayın ki, siz qadının gülüşünə necə diqqət edirsinizsə, o da sizin gülüşünüzə diqqət edir.

Şalvardan çıxan alt paltarı

Düşük belli şalvarlar dəbdə olsa da, heç bir qadın kişinin alt paltarının şalvardan görünməsini bəyənməz.

Ağız qoxusu

Bu probleminizi həll etmək üçün o qədər yol var. Ağız qoxusu probleminizi həll edin, sevgilinizlə görüşə gedəndə sarımsaq, soğan yeməyin və nanəli saqqız, ya da ağız spreyindən istifadə edin.

Qızıl aksessuar

Qadınların fikrincə, kişilərə qızıl yaraşmır. Xüsusən də iri qaşlı üzük, ya boyunbağı qadınlar tərəfindən yaxşı qarşılanmır.

Televizor pultu

Televizor pultunu əlindən düşürməyən kişilər bəlkə də qadının gözünün düşmənidir.

Ucuz qoxu

Ucuz qoxulardan heç vaxt istifadə etməyin. Bu qoxular qadınları sizdən uzaqlaşdıra bilər.

Çox əzələli bədən

"Qadınlar belə xoşlayır", - deməyin. Gözəl bədəniniz olsun, idmanla məşğul olun, ancaq qadınlar çox əzələli bədəni olan kişiləri seksual hesab etmir.

Önə çıxan qarın

Yəqin ki, siz özünüz belə, önə çıxan qarınla gəzmək istəməzsiniz.

Tər qoxusu

Qadınlar təmiz kişiləri sevərlər. Vacib deyil, ətir iyi gəlsin. Ən əsası təmiz olsun. Tər qoxusu böyük bir təhlükədir. Qadın sizdən qaça bilər.

Jeleli saçlar

Qadınların bu saçlar haqqında ağlına gələn ilk fikir "elə bil inək yalayıb" olur. Gülüş hədəfinə çevrilməmək üçün jeledən istifadə etməyin. İşıqda projektor kimi işıq saçan kişilər bütün qadınları diksindirir.

Ağ şalvar

Ağ şalvar, ya ağ kostyumlardan qaçın. Qadınlar bu cür geyinən kişiləri ələyib kənara atırlar.

Təsbeh

Qadınlar təsbeh çevirən kişlərə yaxşı baxmırlar, ya da heç baxmırlar.

Dabanlı ayaqqabı
 
Boyunuz qısa olduğu üçün geyinirsinizsə, etməyin belə. Boyunuza uyğun sevgili tapın, ancaq qətiyyən dabanlı aqyaqqabı geyməyin.
 
Rəngli linza
 
Özünüzü olduğunuz kimi sevin. Qadınlar təbii kişiləri sevər, başqasının əksini deyil. 

/Qadın.az/


OXŞAR XƏBƏRLƏR