Qadının uşaq arabası ilə qarşıya keçmə mübarizəsi - VİDEO

Qadının uşaq arabası ilə qarşıya keçmə mübarizəsi - VİDEO

Sosial şəbəkə istifadəçiləri qadının uşaq arabası ilə piyada keçidinin pilləkənlərindən yıxıldığı anların görüntülərini yayımlayıblar.

Sfera.az avtosfer.az-a istinadən xəbər verir ki, insident Kazan şəhərinin "Ametevo" metro stansiyası yaxınlığında baş verib. Kadrlarda qadının uşaq arabasını yerüstü piyada keçidinin dik pandusundan necə əziyyətlə hərəkət etdirdiyi görünür.

Qarşı tərəfə keçmək mübarizəsi aparan qadın bir müddət sonra əldən düşərək geriyə hərəkət etməyə başlayır. Müvazinətini itirən qadın arabanı əlindən buraxır və içində uşaq olan araba aşır. Videonun sonunda körpənin ağlama səsi də eşidilir. Hadisədə körpənin xəsarət alıb-almaması barədə məlumat verilmir.



OXŞAR XƏBƏRLƏR