Qadını şəkillərini yayacağı ilə hədələdi, tutuldu
11:49 / 27.11.2021
1140
Şamaxı şəhər sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək 2000 manat dəyərində qızıl-zinət əşyaları alınıb.
DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şamaxı sakini S.Qədimov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.