Qadına bu sözü dediyinə görə 2 ilədək həbs ediləcək
11:55 / 15.05.2021
2944
Türkiyənin İstanbul şəhərinin Bayrampaşa rayonunda bir qadın tacizə məruz qalıb.
Sfera.az xəbər verir ki, 29 yaşlı sürücü avtobus gözləyən 26 yaşlı qadına "pişt", "şişt" və s. deyə səslənərək onu narahat edib.
Gənc qadının onu videoya çəkdiyini görən sürücü hadisə yerindən uzaqlaşıb. Bundan sonra qadın görüntüləri polis idarəsinə
təqim edib. Polis həmin şəxsi müəyyən etdikdən sonra hadisə ilə əlaqədar Baş Prokurorluq tərəfindən istintaq başladılıb. Sürücü özünü istismarda təqsirli bilmədiyini bildirsə də, ona 2 ilədək həbs tələbi ilə iddia qaldırılıb.
Şübhəli şəxs yaxın günlərdə İstanbul 1-ci instansiya Cəza Məhkməkəsində hakim qarşısına çıxarılacaq.
Əzizə
Sfera.az