Qadın sürücü “Jeep”lə ağır qəza törətdi – Video

Qadın sürücü “Jeep”lə ağır qəza törətdi – Video
 Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
 

Sfera.az  oxu.az-a istinadən xəbər veiri ki, Lamiyə Əbəçiyeva idarə etdiyi "Jeep” markalı avtomobillə Ziya Bünyadov prospektində işıqforun qırmızı işığından keçib.

Bu zaman onun avtomobili Atatürk prospektində hərəkətdə olan və Elnur Məmmədovun idarə etdiyi "Range Rover” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Zərbənin gücündən "Range Rover” körpünün dirəklərinə dəyərək dayanıb.

Hadisə nəticəsində E.Məmmədovun xəsarət aldığı bildirilir.

Əraziyə Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR