Qadın iki oğlunu iplə boğub öldürdü - FOTO

Qadın iki oğlunu iplə boğub öldürdü - FOTO

Altı uşaq anası iki yeniyetmə oğlunu iplə boğaraq qətlə yetirib.

Sfera.az ölkə.az-a itsinadən xəbər verir ki, İngiltərədən olan 34 yaşlı Sarah Barrass oğullarının qətli ilə əlaqədar məhkəmə iclasında günahını etiraf edib. O, evindəki 14 yaşlı Blake və 13 yaşlı qardaşı Tristanı boğaraq öldürüb. Ayrıca Barrass digər uşaqlarını da öldürmək istədiyini etiraf edib. Oğlan uşaqlarının ölüm səbəbi "İplə ilə boğulma" kimi göstərilir.

Cinayəti törətməzdən əvvəl qadın öz Feysbuk səhifəsində Stiven Kinqin "Günbəzin altında" kitabından sitat yazıb. "Öldürmək kartof çipsinə bənzəyir; bir dəfə daddınsa dayana bilmirsən", - yazaraq öldürməyi onunla müqayisə edib.
Bundan əlavə qatil ana qara fonda yazısı olan şəkil də paylaşıb. O, ölüm görüntüsünü, qanlı bir lövhə və "Mən sizin üçün gəlirəm" qeydini də edib.
Bildirilir ki, qatil ananı ömürlük həbs cəzası gözləyir.


OXŞAR XƏBƏRLƏR